Accessibility links

Hər yeddi amerikalıdan biri yoxsulluq həddində yaşayır


Yoxsulluq səviyyəsində yaşayan amerikalılar
Yoxsulluq səviyyəsində yaşayan amerikalılar
ABŞ höküməti bildirir ki, keçən il ərzində hər yeddi amerikalıdan biri yoxsul olub.

Rəsmilər dünyanın ən zəngin ölkələrindən biri olan Birləşmiş Ştatlarda 46 milyon insan yoxsulluq həddinin altında yaşadığını deyir. Bu rəqəm 2011-ci ildə qeydə alınmış 15 faiz yoxsulluq səviyyəsi ilə müqayisədə dəyişməz qalır.

Yoxsulluq həddi ABŞ-da ailə üzvlərinin sayına görə dəyişir. Dörd nəfərlik ailə üçün standard illik gəlir $23,550 nəzərdə tutulur.

ABŞ əhalini siyahıyaalma bürosunun məlumatına görə 2012-ci ildə ailə başına orta gəlir $51,000-dən bir qədər çox olub və həmçinin keçən illə müqayisədə çox dəyişməyib.

Hesabatda deyilir ki, Amerikada anadan olanlar və ya sonradan vətandaş olanlar, Amerikaya gəlib vətandaş olmayanlardan daha yüksək orta gəlirə sahibdir.

Rəsmilər tam ştat qadın işçilərin orta gəlirlərinin təxminən $38,000 təşkil etdiyini deyir ki, bu da kişilərin qazandıqları $49,000-ın 77 faizinə bərabərdir.

Səhiyyə sığortası olmayan insanların sayı keçən il 15.4 faiz azalaraq 48 milyona düşüb. Qalmaqallı yeni səhiyyə qanununun tələblərinə əsasən vətəndaşlar icbari qaydada sığorta planı almalı, bunu etmədikləri təqdirdə isə cərimə ilə üzləşməlidirlər.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG