Accessibility links

Əli Həsənov: Amerika ilə ümumi münasibətlər normaldır və bu xətt davam edəcək


Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov

Şöbə müdiri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın təzyiqlərinin artacağını bəyan edib.

Prezident Obama ilə Azərbaycan arasındakı münasibətlərin bəlli formulası artıq oturuşub. Strateji tərəfdaşlıq üzrə bir neçə sahə üzrə əməkdaşlıq edirik. Ümumi münasibətlərimiz də normaldır. Bu xətt davam edəcək. Bu barədə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Amerikanın Səsi radiosuna müsahibəsində bildirib.

O Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın təzyiqlərinin artacağını bəyan edib.

“Əlbəttə biz bütün Minsk qrupu həmsədrlərinə, o cümlədən də ABŞ-a təzyiqlərimizi artıracağıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status kvonun aradan qaldırılası və danışıqların irəli aparılması üçün Ermənistana təzyiqlərini artırsınlar. Bu istiqamətdə tələb və təzyiqlərimiz artacaq”, - deyə o qeyd edib
XS
SM
MD
LG