Accessibility links

Asim Mollazadə: Azərbaycanın istiqlaliyyət günündə Amerika-Azərbaycan forumu (Video-müsahibə)


Asim Mollazadə Azərbaycanın istiqlaliyyət günü və Amerika-Azərbaycan forumu
please wait

No media source currently available

0:00 0:05:33 0:00

Asim Mollazadə: Azərbaycanın istiqlaliyyət günündə Amerika-Azərbaycan forumu

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Amerikanın Səsinə müsahibəsində Amerika-Azərbaycan əməkdaşlığı, əməkdaşlığın perspektivləri və regional təhlükələrdən danışıb

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Amerikanın Səsinə müsahibəsində Amerika-Azərbaycan əməkdaşlığı, əməkdaşlığın perspektivləri və regional təhlükələrdən danışıb.

Onun fikrincə, Amerika-Azərbaycan münasibətləri inkişafdadır.

İki ölkənin əməkdaşlığı enerji, enerji təhlükəsizliyi, qlobal və regional təhlükəsizlik, qeyri-neft sektorunu əhatə edir. Təhsil, mədəniyyət, demokratiya sahəsində də iki ölkə arasında əməkdaşlıq inkişaf etməkdədir. Amerika universitetlərinin Azərbaycanın təhsil sisteminə töhfələr verə bilər.

O Azərbaycan-Amerika strateji tərəfdaşlığının hər hansı üçüncü dövlətə qarşı yönəlmədiyini deyib.

“Bizə böyük qardaş lazım deyil. Azərbaycanın müstəqil iradəsi var. Bunu Rusiya və İran, həmçinin Amerika da bilməlidir”.

A.Mollazadə Azərbaycanda prezident seçkiləri öncəsi Amerikanın çoxsaylı yüksək səviyyəli xadimlərinin iştirakı ilə forum keçirilməsinin hazırki prezidentə dəstək kimi başa düşülməsi barədə deyib ki, belə forumlara geniş mənada baxmaq lazımdır.

“Amerika-Azərbaycan Forumu Azərbaycanın istiqlaliyyət günündə keçirilir”, o qeyd edib

Mayın 29-da Bakıda “Gələcəyə baxış” mövzusunda ABŞ-Azərbaycan forumu açılıb.

Forumun əsas leytmotivi belədir: Azərbaycan regionda ABŞ üçün mühüm ölkədir və Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq bundan sonra da möhkəmlənəcək.

Forumda 42 ştatı təmsil edən 320 nəfərlik böyük nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinə hazırkı və keçmiş konqresmenlər, senatorlar, keçmiş yüksək vəzifəli məmurlar, o cümlədən keçmiş nazirlər, tanınmış ekspertlər daxildir.

Forumu giriş sözü ilə Azərbaycan prezidenti İlham Əliyev açıb. O, iki ölkə arasında siyasi münasibətlərin və dialoqun yüksək səviyyədə olduğunu qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG