Accessibility links

Amerika səfirliyi: Xədicə İsmayılovaya qarşı davranışlar dəhşət doğurur və dayandırılmalıdır


Xədicə İsmayılova
Xədicə İsmayılova

Amerika səfirliyi jurnalistə son hücumlarla bağlı bəyanatla çıxış edib

ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalist Xədicə İsmayılovaya qarşı son hücumlarla bağlı bəyanatla çıxış edib. Sənəddə deylir:

“Əvvəl qeyd etdiyimiz kimi Amerika Birləşmiş Ştatları Azərbaycanda ifadə azadlığını dəstəkləyir. Lakin ABŞ-da və digər yerlərdə də olduğu kimi, bu azadlıq iyrənc şəxsi hücumların ictimailəşdirilməsi üçün istifadə olunmamalıdır.

Jurnalist Xədicə İsmayılovaya qarşı istiqamətləndirilmiş davamlı təhqiredici təqib bizi çox təlaşlandırır. Bu cür davranışlar dəhşət doğurur və dayandırılmalıdır.

Biz davamlı şəkildə təkid edirik ki, bu halın qanuni istintaqı Azərbaycan qanunvericiliyinə və beynəlxalq öhdəliklərə müvafiq şəkildə tamamlansın. Bunu etməklə Azərbaycan göstərəcək ki, ələlxüsus bu seçki ilində, qanunun aliliyini dəstəkləyərək, etik və möhkəm media mühitini təbliğ edərək, müxbirlərin haqq və təhlükəsizliyinin qeydinə qalır”

Azadlıq radiosunun əməkdaşı Xədicə İsmayılova Azərbaycan rəhbərlərinin korrupsiya əməlləri barədə araşdırma yazıları ilə çıxış etdikdən sonra onun şəxsi həyatı ilə bağlı 2012-ci ilin martında video yayılıb.

Jurnalist şəxsi həyatına müdaxilə ilə bağlı prokurorluq orqanlarına müraciət etməsinə baxmayaraq indiyədək istintaq bir nəticəyə gəlməyib. Bununla yanaşı jurnalistin şəxsi həyatı ilə bağlı yenidən video yayılır və iqtidaryönümlü mediada onun əleyhinə yönəlmiş çoxsaylı tənqid və təhqiredici məqalələri dərc edilməkdədir.

Amerika səfirliyi, Azadlıq radiosunun rəhbərliyi dəfələrlə jurnalistə qarşı təzyiqlərə son qoyulmasını və ona qarşı yönəlmiş təzyiqlərdə iştirak edənlərin tapılıb cəzalandırılmasını tələb edən bəyanatlarla çıxış edib. Buna baxmayaraq İsmayılovaya qarşı təzyiqlər və təhqiredici yazıların dərci hələ də davam etdirilir.

Mövzuya uyğun

XS
SM
MD
LG