Accessibility links

Azərbaycan Amerikada həbs edilən vətəndaşına hüquqi yardım göstərəcək


Casusluq

Casusluq

Casusluq ittihamı ilə tutulan Sevinc Tağıyeva Azərbaycan vətəndaşıdır

Azərbaycanın Amerikadakı səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyinin tapşırığı ilə ABŞ-ın hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış Azərbaycan vətəndaşı Sevinc Tağıyevaya lazımi hüquqi və konsul köməyi göstərəcək.

Bu il oktyabrın 2-də Hyuston şəhərində ABŞ-dan qanunsuz mikroçiplərin çıxarılması ittihamı ilə 8 nəfər saxlanıb. Onlara qarşı müvafiq lisenziya olmadan ABŞ ərazisindən yüksək texnologiyaların çıxarılması və Rusiyanın xeyrinə casusluq ittihamı irəli sürülüb. Ümumilikdə 11 nəfərə ittiham irəli sürülüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elman Abdullayev bildirib ki, Azərbaycanın ABŞ-dakı səfirliyinə Amerika hüquq-mühafizə orqanlarından ittiham irəli sürülən 11 nəfərdən birinin Azərbaycan vətəndaşı Sevinc Tağıyeva olduğunu deyiblər. S.Tağıyeva hazırda ixrac proseduralarını pozmaq ittihamı ilə Hyustonda həbsdədir.

Bununla yanaşı yerli və Rusiya medianın yazdığına görə, ittiham irəli sürülənlər arasında Şövkət Abdullayev adlı daha bir azərbaycanlı da var. Onun hansı ölkənin vətəndaşı olması barədə məlumat verilmir.
XS
SM
MD
LG