Accessibility links

Amerika Günləri Festivalı davam edir [Fotoqalereya]


Amerika Günləri Festivalı

Amerika Günləri Festivalı

Bakıda Amerika Günləri Festivalı davam edir. Festival çərçivəsində “Park Bulvar” Ticarət Mərkəzində amerikalı aşpaz Harşbarqer Bakı 1 və 2 saylı İnternat Məktəbinin musiqi kollektivlərinin müşayiəti ilə bir neçə salat nümunəsi təqdim edib.

Bundan sonra Dövlət Departamentinin Amerika Musiqisi proqramı çərçivəsində “Break of Reality” qrupu Bakı Caz Mərkəzində geniş konsert proqramı ilə çıxış edib. Proqram çərçivəsində Azərbaycan xanəndəsi də muğam ifa edib.

Qrup martın 12-dən 16-dək Azərbaycanın Bakı, İsmayıllı, Qəbələ, Mingəçevir, Zaqatala və Şəki şəhərlərində ictimai konsertlər verəcək və yerli musiqiçilər üçün bir sıra master klasslar keçirəcəklər.

Qrupun bütün konsert proqramları pulsuzdur və geniş ictimaiyyət üçün açıqdır.

Festival martın 14-dək davam edəcək. Festival çərçivəsində canlı musiqi ifaları, Amerika mətbəxi nümunələrinin nümayişi, incəsənət sərgiləri, Hindu qrupunun rəqsləri, film nümayişləri, uşaqlar üçün proqramlar və digər tədbirlər nəzərdə tutulub.

XS
SM
MD
LG