Accessibility links

Noyabr “Yerli Amerika Mədəniyyəti İrsi” ayıdır


Yerli Amerika Mədəniyyəti İrsi

Yerli Amerika Mədəniyyəti İrsi

Noyabr “Yerli Amerika Mədəniyyəti İrsi” ayıdır.

Belə ki, noyabrda yerli Amerika xalqları mədəniyyətini, adət-ənənələrini, musiqi, sənətkarlıq və rəqslərini nümayiş etdirir. Eləcə də yerli Amerika xalqları tərəfindən Amerika Birləşmiş Ştatlarının mədəniyyətinə və ənənələrinə verilmiş və verilməsi gələcəkdə də davam edəcək əhəmiyyətli töhfələr qeyd edilir.

Yerli Amerika Mədəniyyəti İrsi

Yerli Amerika Mədəniyyəti İrsi

ABŞ-ın Azərbaycandakı səfirliyi Amerika xalqlarının mədəniyyətləri haqqında bəzi maraqlı faktları təqdim edib:

- Algonquian qrupuna aid dildə danışan yerli amerikalılar ingilis kəşfiyyatçılarının qarşısına çıxan ilk insanlar idilər, nəticədə, bu dillərdən bir çox söz ingilis dilinə əlavə olunub, misal üçün - chipmunk ("qırmızı dələ"), mokasin, mus, muskrat, opossum ("ağ it"), papoose ("körpə"), pekan ( "qoz"), powwow ("yuxu görmək"), totem, viqvam.

Yerli Amerika Mədəniyyəti İrsi

Yerli Amerika Mədəniyyəti İrsi

- ABŞ ştatlarına aid adların yarısı, məsələn - Arizona, Konnektikut, Kentuki və Missuri kimi adlar Amerindian sözləri əsasında verilib.

- ABŞ Konstitusiyasının həmmüəllifi Benjamin Franklin, İrokez birliyi kimi hökumət ideyasının ingilis koloniyaları tərəfindən istifadə edilə biləcəyini düşünürdü. ABŞ qerbində olan qartal həmçinin İrokezlərin simvolu olan keçəl qartaldır.

Yerli Amerika Mədəniyyəti İrsi

Yerli Amerika Mədəniyyəti İrsi

Ameerika səfriliyi Bakıdakı Amerika Mərkəzində Amerikanın yerli xalqlarının mədəniyyəti haqqında "Amerikanı Kəşf et" sesiyaları təşkil edib.

Noyabrın 4-də ABŞ səfirliyinin mətbuat katibi Rey Neyler Amerika Mərkəzində “Çerokilərin yazıları: Bütün milləti ziyalı edən bir insan” mövzusunda təqdimat keçirəcək.

XS
SM
MD
LG