Accessibility links

Amerikanın “Meri Mak Brayd”qrupu Azərbaycanda ictimai konsertlər verir


“Meri Mak Brayd” qrupu Azərbaycanda
“Meri Mak Brayd” qrupu Azərbaycanda

Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyi Amerikanın məşhur “Meri Mak Brayd” qrupunun sentyabr 15-dən 25-dək ABŞ Dövlət Departamentinin Mədəniyyət Elçiləri proqramı çərçivəsində Azərbaycana səfərini təşkil edir.

Meri, onun “No One’s Gonna Love You like Me” (Səni heç kəs mənim kimi sevməyəcək) adlı mahnısının akademiya mükafatını almış “Brokeback Mountain-Qozbel Dağ” filmində ifasına görə qalib elan olunmuş və Elton Con tərəfindən onun 35 illiyinə həsr edilmiş “Goodbye Yellow Brick Road” adlı konsertində ifa etmək üçün seçilmişdir.

Meri “Home Tour” adlı tur təsisçisidir. O, bu tur çərçivəsində canlı musiqidən məhrum olan insanların evlərində musiqi konsertləri təşkil edir. “Vaşinqton Post” qazetinin “qeyri adi” adlandırdığı bu tur ABŞ-nın hər yerində və xaricdə “insanların ev saydığı yerlərdə” olub və bura sağlamlığa qayğı mərkəzləri, kimsəsiz evləri, uşaq evləri, həbsxanalar, yaşayış icmaları, HİV/QİÇSə yoluxmuş insanlar üçün fəaliyyət göstərən evlər və s. daxildir.

Meri Mak Brayd qrupu, Amerika səfirliyinin sponsorluğu ilə Azərbaycanda ikinci dəfə olaraq çıxış edir. Bu proqram səfirliyin amerikalılar və azərbaycanlılar arasında mədəniyyətlərarası anlaşmanı və dostluğu təşviq etmək məqsədini daşıyır.

Qrup Azərbaycanın Xaçmaz, Qusar, Quba, Bakı, Lənkəran, Salyan, və Naxçıvan şəhərlərində ictimai konsertlər verəcək və yerli musiqiçilər üçün bir sıra ustad dərsləri keçirəcək.

Qrupunun bütün konsert proqramları pulsuzdur və geniş ictimaiyyət üçün açıqdır.

ABŞ səfirliyi canlı Amerika musiqisi ilə maraqlanan hər bir azərbaycanlını aşağıdakı tədbirlərdə iştirak etməyə dəvət edir:

Sentyabr 16, 2014 18:00-Xalça Muzeyi-Xaçmaz

Sentyabr 17, 2014 18:00-Heydər Əliyev Mərkəzi-Qusar

Sentyabr 18, 2014 18:00-Yaşıl Teatr-Quba

Sentyabr 19, 2014 18:00-Park Bulvar (3-cü mərtəbə)-Bakı

Sentyabr 20, 2014 18:00-Azərbaycan Dillər Universiteti-Bakı

Sentyabr 21, 2014 17:00-Heydər Əliyev Xatirə Parkı-Lənkəran

Sentyabr 22, 2014 17:00-Heydər Əliyev Parkı -Salyan

Sentyabr 23, 2014 18:00-Naxçıvan Dövlət Musiqli Dram Teatrı-Naxçıvan

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG