Accessibility links

Amerika səfiri müxalifət liderləri ilə görüşüb


Amerikanın Azərbaycanda səfiri Riçard Morninqstar

Amerikanın Azərbaycanda səfiri Riçard Morninqstar

Görüş media üçün qapalı olub, ictimai-siyasi vəziyyətin müzakirə olunduğu güman edilir

Bu gün Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar müxalifət partiyalarının rəhbərləri ilə görüşüb.

Görüşdə AXCP sədri Əli Kərimli, Mücavat Partiyası başqanının müavini Gülağa Aslanlı, El Hərəkatının lideri Eldar Namazov, ReAL Hərəkatı Məclisinin sədri Erkin Qədirli, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Ümid Partiyasının sədri İqbal Ağazadə iştirak edib.

Görüş media üçün qapalı olub, ictimai-siyasi vəziyyətin müzakirə olunduğu güman edilir.
XS
SM
MD
LG