Accessibility links

Rusiya və ABŞ Dağlıq Qarabağ münaqişəsini müzakirə edib


Cənubi Qafqaz regionunun xəritəsi
Cənubi Qafqaz regionunun xəritəsi

Gürcüstanda parlament seçkilərinin Cənubi Qafqaz regionuna təsiri, rəsmi Tbilisinin qonşu dövlətlərlə münasibətlərinin vəziyyəti diqqətdə olub

Cenevrədə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin və ABŞ dövlət katibinin müavini Filip Qordon arasında görüş keçirilib. Oktyabrın 11-də baş tutan görüşdə tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər. Bu barədə Trend agentliyi Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.

Görüş zamanı Gürcüstanda parlament seçkilərinin Cənubi Qafqaz regionuna təsiri, rəsmi Tbilisinin qonşu dövlətlərlə münasibətlərinin vəziyyəti ilə əlaqədar fikir mübadiləsi aparılıb.
Həmçinin, Rusiya və ABŞ-ın Cənubi Qafqaz ölkələri ilə münasibətlərinin inkişafı məsələləri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət müzakirə edilib.
XS
SM
MD
LG