Accessibility links

Amerika səfiri Azərbaycanın hüquq müdafiəçiləri ilə görüşüb


Amerikanın Azərbaycanda səfiri Riçard Morninqstar

Amerikanın Azərbaycanda səfiri Riçard Morninqstar

Görüşdə ABŞ Dövlət Departamentinin 2012-ci ildə insan hüquqları sahəsində vəziyyət haqqında hesabatı fonunda Azərbaycanda insan hüquqları müzakirə olunub

Mayın 20-də Amerikanın Azərbaycandakı səfirliyində səfir Riçard Morninqstarın bir qrup hüquq müdafiəçisi ilə görüşü keçirilib.

Görüşdə ABŞ Dövlət Departamentinin 2012-ci ildə insan hüquqları sahəsində vəziyyət haqqında hesabatı fonunda Azərbaycanda insan hüquqları və azadlıqları sahəsində vəziyyət müzakirə olunub.

Görüş zamanı insan hüquqları, söz azadlığı və qanunun aliliyi kimi məsələlərə toxunulub.

ABŞ Dövlət Departamentinin apreldə yaydığı dünyada insan hüquqları sahəsində vəziyyət haqqında illik hesabata əsasən, Azərbaycanda ən ciddi problemlər aşağıdakılardır:

1. İfadə azadlığının məhdudlaşdırılması, o cümlədən jurnalistlərin və demokratik fəalların qorxudulması, həbsi, onlara qarşı fiziki təzyiq.

2. Toplaşmaq azadlığının məhdudlaşdırılması.

3. Ədalətsiz məhkəmələr, o cümlədən siyasi motivlərlə həbslər, hakimiyyətin məhkəmələrə təsiri, məhkəməyə qədər uzun müddət həbsdə saxlama.

4. Mülkiyyət hüquqlarının pozulması və lazımi kompensasiya ödənilmədən vətəndaşların zorla evlərindən çıxarılması.

Bundan başqa, polisdə və həbsxanalarda işgəncələr, şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması, bir sıra qeydiyyatdan keçməmiş müsəlman icmalarının dini azadlıqlarının məhdudlaşdırılması, hökumətin bütün səviyyələrində korrupsiya, hüquq-müdafiə QHT-lərinin qeydiyyatından imtina və s.

Azərbaycanlı hüquq müdafiəçilərinin fikrincə, ilin əvvəllərindən etibarən vəziyyət pisləşməkdə davam edib.
XS
SM
MD
LG