Accessibility links

Hökumətin fəaliyyətinin qismən dayandırılmasının ABŞ-ın Azərbaycandakı missiyasına təsiri


Amerika səfirliyi-logo

Amerika səfirliyi-logo

Səfirlik əməkdaşlarına ən vacib milli maraqlarla əlaqədar olmadıqda, çıxışlar etməmək, müsahibələrdə iştirak etməmək və ya ictimai tədbirləri təşkil etməmək tapşırılıb

Amerika hökumətinə maliyyənin ayrılmasının dayandırılması o deməkdir ki, ABŞ hökumətinin bir sıra istiqamətlər üzrə fəaliyyətləri dayandırılır.

Amerikanın Azərbaycandakı səfirliyinin məlumatına görə, ABŞ-ın Azərbaycandakı missiyası tam heyətlə işinə davam edir. Hüquqi məhdudiyyətlər çərçivəsində missiya ABŞ vətəndaşlarının müdafiəsi, milli təhlükəsizliyin təminatı, ticarət və iqtisadi maraqların irəli çəkilməsi ilə bağlı fəaliyyətlərini davam etdirəcək.

Məlumatda deyilir ki, bütün dünyada səfirlik əməkdaşlarına, ən vacib milli maraqlarla əlaqədar olmadıqda, çıxışlar etməmək, müsahibələrdə iştirak etməmək və ya ictimai tədbirləri təşkil etməmək tapşırılıb.
XS
SM
MD
LG