Accessibility links

Amerika seçkilərinə Azərbaycandan baxış [Video & Fotolar]


Amerika seçkiləri Azərbaycandan necə görünür (rəylər)
please wait

No media source currently available

0:00 0:08:00 0:00

Amerika seçkiləri Azərbaycandan necə görünür (rəylər)

Prezident seçkiləri Azərbaycanda canlı izlənilib. Çoxsaylı insanlar Diplomatik Akademiyaya gələrək Amerika seçkilərinin həyəcanını yaşayıb

Amerikada keçirilən prezident seçkiləri Azərbaycanda da diqqət mərkəzindədir. Xüsusilə demokrat Barak Obamanın seçkilərdə qalib gəlməsi Azərbaycan demokratlarını sevindirib.
Azərbaycanda Amerika seçkiləri izlənir
Azərbaycanda Amerika seçkiləri izlənir
Gecə yarıdan Azərbaycan Diplomatik Akademiyasında böyük monitorlar vasitəsi ilə çoxsaylı ictimai xadimlər, ziyalılar, tələbələr, jurnalistlər və Amerika vətəndaşları birgə seçki prosesini canlı olaraq izləyib.
İctimai rəy sorğusunda Barak Obamaya 287, Mitt Romniyə 91 nəfər “hə” deyib.
Səfir Riçard Morninqstar deyib ki, Barak Obama növbəti 4 il Amerikanın prezidentidir və Amerikanın xarici siyasət kursunda dəyişikliklər gözləmir.
“Prezident Obama növbəti 4 ildə Azərbaycanla əlaqələri daha da gücləndirəcək. Azərbaycan ABŞ üçün mühüm tərəfdaşdır. Əlaqələrimiz daha da genişlənəcək”.
Cənab Morninqstar Demokrat Partiyasının təyin etdiyi siyasi əməkdaş kimi seçkilərin nəticələrindən razıdır. Səfir auditoriyaya müraciət edərək deyib ki, bu gün Amerikadakı
Azərbaycanda Amerika seçkiləri izlənir
Azərbaycanda Amerika seçkiləri izlənir
seçkilərə baxaraq real demokratiyanın nə olduğunu gördünüz.
“Namizədlər seçki dövründə azad şəkildə seçicilərlə görüşüb, siyasi debatlar keçirib və reklamlar yayıb. Bu da demokratiyanın canlı rəmzidir”,- o vurğulayıb.

Barak Obamanın yenidən prezident seçilməsi Amerikanın xarici siyasətinə yeniliklər gətirəcəkmi?

Vəkil Aslan İsmayılov Amerikanın siyasətində yenilik gözləmir.

Vətəndaş cəmiyyətinin nümayəndələri Bəxtiyar Hacıyev Barak Obamanı, Zaur Əkbər isə Mitt Romnini dəstəkləyir.

Bəxtiyar Hacıyev Obamanın səhiyyə sığortası ilə bağlı siyasətinə heyrandır.

Azərbaycanda Amerika seçkiləri izlənir
Azərbaycanda Amerika seçkiləri izlənir
Zaur Əkbər respublikaçıların Cənubi Qafqaza demokratiya gətirəcəyinə inanırdı.

Emin Milli hesab edir ki, yeni hökumət Amerikanın Azərbaycanla bağlı siyasətində dəyişiklik etməyəcək. Azərbaycanda demokratiya Obama hökuməti üçün hələ prioritet deyil.

Sabit Bağırovun fikrincə, Amerika hegemon dövlətdir və orada baş verən hər bir fəaliyyətin dünyaya təsirləri qaçılmazdır.

Azərbaycanda Amerika seçkiləri izlənir
Azərbaycanda Amerika seçkiləri izlənir
Erkin Qədirli hesab edir ki, Amerika regionda vəziyyətə kim nəzarət edirsə, məhz onu dəstəkləyir.

Şəhla Xudiyeva Amerika seçkilərini tələbələrin izləməsini mühüm adlandırır. Onlar bu seçkilərdən çox öyrəndilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG