Accessibility links

Riçard Morninqstar: Dağlıq Qarabağ münaqişəsini mümkün qədər tez həll etmək və məcburi köçkünlərə evlərinə qayıtmaq imkanı vermək vacibdir


Riçard Morninqstar

Riçard Morninqstar

Amerika səfiri məcburi köçkünlərə baş çəkib

Martın 5-də ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Bakıda və şəhər ətrafında məcburi köçkünlərin məskunlaşdığı bir neçə icmaya səfər edib. Səfərin məqsədi icmaların həyat şəraiti və sakinlərlə yaxından tanış olmaq olub.

Amerikanın Azərbaycandakı səfirliyinin məlumatına görə, səfir Morninqstar ilk öncə Binəqədi rayonundakı məcburi köçkünlərin məskunlaşdığı yataqxanaya, sonra isə məçburi köçkünlər üçün inşa edilmiş məktəbə baş çəkib.

Səfir Müşfiqabad qəsəbəsinə səfər edərək yerli sakinlərlə görüşüb, tezliklə məcburi köçkünlərin ixtiyarına veriləcək məktəbə baş çəkib və ərazidə həyata keçirilən infrastruktur layihələri ilə tanış olub.

Səfər zamanı cənab Morninqstar 90-cı illərdə bir neçə çadır düşərgəsinə baş çəkdiyini və bunun bütün azərbaycanlılar üçün necə çətin bir məsələ olduğunu anladığını bildirib.

“Mən bilirəm ki, Azərbaycan hökuməti məcburi köçkünlərə və qaçqınlara kömək etmək üçün çox işlər görüb. Mən şadam ki, Birləşmiş Ştatlar və müxtəlif beynəlxalq təşkilatlar da köçkünlərə və qaçqınlara öz köməkliklərini göstərib. Dağlıq Qarabağ münaqişəsini mümkün qədər tez həll etmək və müxtəlif icmalarda müvəqqəti məskunlaşan bu ailələrə öz evlərinə qayıtmaq imkanı vermək vacibdir”, səfir Morninqstar bildirib.
XS
SM
MD
LG