Accessibility links

Amerikada 11 qadını qətlə yetirdikdən sonra qalıqlarını evində saxlayan şəxs ölüm cəzasına məhkum edilib


Amerikada 11 qadını qətlə yetirdikdən sonra qalıqlarını evində saxlayan şəxs ölüm cəzasına məhkum edilib. Antoni Sovell adlı həmin şəxs keçən ay çoxsaylı zorlamalar, insan oğurluğu və xilas olan 3 qadının qətli cəhdində günahkar tanınıb. 41 yaşlı Sovell 2009-cu ildə Klevland şəhərində bir qadının zorlanma şikayətindən sonra həbs edilmişdi. Qonşuları onun evindən gələn dərşətli üfunətdən şikayət edirdi. Sovellin qurbanlarının hamısı afro-amerikalı qadınlar olub. O, zorlama cəhdi ittihamı ilə 15 illik həbs cəzasını 2005-cii ildə başa vurmuşdu.

XS
SM
MD
LG