Accessibility links

Amerikada azərbaycanlı tələbələr üçün ali təhsil (audio)


Amerikada azərbaycanlı tələbələr üçün ali təhsil (audio)
Amerikada azərbaycanlı tələbələr üçün ali təhsil (audio)

Strayer universiteti Birləşmiş Ştatlarda tanınmış universitetlərdən biridir. Strayer universitetinin Aleksandriya filialının dekanı Abed Almala universitetdə tədris proqramları haqda danışır.

Sual: Cənab Almala Strayer universiteti hansı ştatlarda akkreditasiya olunub?

Cavab: Strayer universiteti altı regional akkreditasiya təşkilatlarından biri olan Yüksək Təhsilə dair Orta Dövlət Komissiyası tərəfindən akkreditasiya olunub. Universitet 1892-ci ildən fəaliyyət göstərir. Yüksək Təhsilə dair Orta Dövlət Komissiya akkreditasiya təşkilatı Strayer universiteti ilə yanaşı, Georgetown və Maryland kimi başqa Amerika universitetlərini də akkreditasiya edib.

Sual: Universitetdə hansi proqramlar tədris edilir?

Cavab: Universitetdə biznes, mühasibat, informasya texnologiyası, kadrlar şöbəsinin idarə olunması, təhsil, səhiyyə xidmətləri administrasiyası, dövlət idarəçiliyi və hüquq sahələri üzrə bakalavr və magistr dərəcəsi almaq üçün proqramlar keçilir. Biznes Administrasiya üzrə maqistr dərəcəsi almaq üçün təhsil bir neçə istiqamətdə aparılır. Bu istiqamətlərə mühasibat, akvizisiya, səhiyyə xidmətləri administrasiyası, turizmin təşkili, kadrlar şöbəsi, informasiya sisteminin idarəçiliyi, beynəlxalq biznes, idarəçilik, marketinq, layihə və dövlət idarəçiliyi daxildir.

Sual: Strayer universitetinin Amerikanın hansı ştatlarında filialları var?

Cavab: Strayer universitetinin paytaxt Vaşınqton da daxil olmaqla, 21 ştatda 89 filialı var. Universitetinin filialları və təqdim etdiyi proqramlar haqda daha ətraflı məlumatı bizim internet ünvanımızdan əldə etmək mümkündür. Ünvanımız www.strayer.edu-dur

Sual: Universitetində bakalavr və maqister dərəcələrində proqramlara qəbul olmaq üçün GMAT, GRE və ya TOEFL testləri keçmək lazımdırmı?

Cavab: İlk öncə F1 vizasını almaq üçün xarici tələbələr I-20 və maliyyə almaq üçün müraciət formalarını doldurmalıdır. Xarici tələbələrin bu formları öz ölkələrindən kompyuter vasitəsi ilə doldurmaları üçün universitetin nümayəndəsi sənədləri tələbələrə göndərir. Bəli, ana dili ingilis dili olmayan xarici tələbələr TOEFL testini verməlidir. Bakalavr dərəcəsi üçün TOEFL testindən azı 61 bal , maqistr dərəcəsi üçün isə azı 79 bal tələb olunur. Bu balları toplamayan tələbələr ingilis dili səviyyəsi nəzərə alınaraq, universitetdə təşkil edilən xüsusi ingilis dili kurslarına göndərilirlər. Əgər tələbə GMAT və ya GRE testlərindən yüksək bal toplayıbsa, əlbəttə, bu, müsbət qiymətləndirilir, amma Strayer universiteti GMAT və GRE testləri tələb etmir.

Amerikada azərbaycanlı tələbələr üçün ali təhsil (audio)
Amerikada azərbaycanlı tələbələr üçün ali təhsil (audio)

Sual: Strayer universitetində təhsil almaq üçün yaş məhdudiyyəti varmı?

Cavab: Xeyr, universitetdə oxumaq üçün yaş limiti yoxdur. Bizdə 21, 22 yaşlardan tutmuş 80, hətta bəzən 90 yaşlarına qədər tələbələr təhsil alır.

Sual: Tələbələri Strayer universitetinə nə cəlb edir? Onu başqa universitetlərdən fərqləndirən nədir?

Cavab: Amerikada əksər kolleclər və universitetlər əyani dərslər keçir. Strayer universitetində isə əyani və axşam şöbələri var. Belə dərs cədvəli gənc tələbələr, eyni zamanda ailəli şəxslər və günorta işlədiklərinə görə təhsil ala bilməyən insanlar üçün çox əlverilşlidir. Strayer universiteti onlar üçün axşam və həftə sonu dərslər təşkil edir, bununla yanaşı, internetdə qeydiyyatdan keçmək və başqa məsələlərdə kömək göstərmək üçün şərait yaradır.

Sual: Ötən il Azərbaycan və Türkiyədən Strayer universitetini neçə tələbə bitirib?

Cavab: Bu barədə məndə dəqiq məlumat yoxdur. Amma məncə, ötən il Strayer universitetinə Azərbaycan və Türkiyədən 100 tələbə qəbul olunmuşdu.

Sual: Universitet internetdə dərslər təklif edirmi?

Cavab: Bəli, bizim xaricdə təhsil almaq üçün internet filialımız da var və orada eyni proqramlar tətbiq olunur. Qeyd etmək istərdim ki, internetdə keçirilən dərslərin səviyyəsi auditoriyada təhsil səviyyəsi ilə eynidir və buna görə dünyanın hər yerindən tələbələr universitetimizin internet filialında təhsil alır.

Sual: Strayer universitetində amerikalı tələbələrlə xarici tələbələr arasında təhsilin qiymətində fərq varmı?

Cavab: Dövlət universitetlərindən fərqli olaraq, özəl universitet olduğu üçün Strayer universitetində yerli və xarici tələbələrin təhsil qiymətlərinda fərq yoxdur.

Sual: Xarici tələbələrin Strayerdə təhsil alması üçün təhsil xərcləri təxminən nə qədərdir?

Cavab: Strayer universiteti semester sistemi deyil, kvartal sistemi üzrə fəaliyyət göstərir. Bir kvartal isə 11 həftə davam edir.Bir kvartalda bakalavr dərəcəsi almaq üçün üç fənn üzrə təhsil almaq təxminən 5000 dollar, maqistr dərəcəsi almaq üçün isə 6000 dollara başa gəlir. Onu da qeyd edim ki, xarici tələbələr hər kvartalda azı iki fənn götürməlidir. Bakalavr dərəcəsi almaq üçün bir fənnin qiyməti 1665 dollar, maqistr üçün isə 2175 dollardır. Bundan başqa, yaşayış, qidalanma və nəqliyyat xərcləri də var ki, bunlar da regiondan-regiona fərqlənir.

XS
SM
MD
LG