Accessibility links

Təbliğatçı Myao Si Amerikada buddizmin etnik xətlər əsasında bölündüyünü deyir. “Çin buddizmi, Tibet buddizmi, Yapon buddizmi və digərləri".

Dalay Lamanın bu yaxınlarda Birləşmiş Ştatlara səfəri Asiyadan mühacirlərin və Buddizmi qəbul etmiş insanların sayının artdığı Amerikada böyük marağa səbəb olub.

Los-Ancelesdəki His-Lai məbədinə əsasən çinli-amerikalılar gəlir. Burada uşaqlar təlimatları ingilis dilində alırlar. 4 yaşından 15 yaşadək başları qırxılan oğlan uşaqları beş gün xəlvətə çəkilirlər. Bu onlara buddizmlə tanış olmağa və Buddist rahibin həyatından xəbərdar olmağa yardım edir.

Honq-Konqda anadan olmuş, təbliğatçı Myao Si Amerika buddizminin etnik xətlər əsasında bölündüyünü deyir. “Çin buddizmi, Tibet buddizmi, Yapon buddizmi və digər buddizmlər var. Mən hal-hazırda bizdə Amerika buddizminin olduğunu düşünürəm.” – deyə, o bildirir.

Los-Ancelesdəki Buddistlərin Meditasiya Mərkəzindən, Amerikada doğulmuş Kusala Bikşu Birləşmiş Ştatlarda buddizmin dərin tarixinin olduğunu deyir. “Buddizm Amerikada çoxdan kök salıb. Məsələn mənim kimi Amerikada anadan olan və ya sonradan bu ölkəyə gəlib buddizmi qəbul edənlərdən bəziləri buddist rahib və ya rahibə olur. Onlar da öz növbəsində buddizmi digər amerikalılara öyrədir.”

Dalay Lama dünyada ən məşhur buddistdir və amerikalıların ona göstərdiyi ehtiramdan razılığını bildirir. Onun məşhur aktyor Riçard Gir də daxil edilməklə, bu ölkədə davamçıları var.

Tibet buddistlərinin bütün Birləşmiş Ştatlar boyu mərkəzləri var. Bunlardan biri Kaliforniyanın şimalında, Reddinq şəhərindəki Təhsil və Meditasiya Mərkəzidir. Kusala Bikşu Los-Ancelesdəki mərkəzin bir neçə buddist məktəbi bir araya gətirdiyini deyir. O, müəlliminin Şri-Lanka mənşəli rahib olduğunu və buna görə də Vyetnam ənənələrini öyrəndiyini, onun məktəbinin təməlini vyetnamlı rahibin qoyduğunu deyir.

Si-Lay məbədi haqda deyirlər ki, buraya müxtəlif insanlar gəlsə də, bu məbəddə ənənələrə hörmətə, dinlər arasında harmoniyaya çağırılır.

Buddistlər Amerikada bu dinə məxsus müxtəlif cərəyanlar arasında körpünün mövcud olduğunu deyirlər.

XS
SM
MD
LG