Accessibility links

Amerikada evsizlər arasında çoxsaylı müharibə veteranı yer alır (Audio)


Amerikada evsizlər arasında çoxsaylı müharibə veteranı yer alır (Audio)
Amerikada evsizlər arasında çoxsaylı müharibə veteranı yer alır (Audio)

Bir neçə ictimai və özəl təşkilat Nyu-York şəhərində evsiz qalmış müharibə veteranlarına yardım etməyə çalışır. Nyu-York rəsmiləri şəhərdə iki min nəfərə qədər müharibə veteranının evsiz-eşiksiz qaldığını bildirir. Bəziləri isə bu rəqəmin ikiqat artıq olduğunu deyir.

Nyu-Yorkun "Xilas Missiyası" evsizlərə qısamüddətli əsasda yardım edir. İctimai ianələrlə maliyyələşdirilən 100 çarpayılıq yer hər gecə dolu olur. Buraya gələnlərin çoxu Vyetnam, Əfqanıstan və İraq müharibələrinin evsiz-eşiksiz qalan veteranlarıdır.

Birləşmiş Ştatlar ordusunda 24 il xidmət etmiş Valter Henandez onlardan biridir. “Evsiz-eşiksiz qalmaq, hər gün yemək axtarmaq, yatmağa yer axtarmaq doğrudan da çox çətindir. Küçələrdə qalanların sayı artır və onlardan çoxu veteranlardır.” - deyə, o bildirir.

Hernandez özünə sığınacaq tapana qədər bu müvəqqəti yadımdan istifadə edərək, burada yeyir və yatır. Küçələrdə qalan insanlar yeməkdən əlavə paltarla təmin edilir, onlara yuyunmağa imkan verilir.

Nyu-Yorkdakı İerixon Proyekti adlı qrup isə küçələrdə qalanları daimi yaşayış yerləri ilə təmin edir. Bu binada kişi və qaınlar üçün 56 mənzil var. Hər mənzildə mətbəx, yataq və yemək otağı, vanna otağı var. İraq müharibəsi veteranı Larri Fouler daimi sığınacaqda yaşamağın böyük fərqi olduğunu deyir.

“İerixo Proyekti” nin icraedici direktoru Tori Lion İraq və Əfqanıstandan qayıdan hərbi veteranlara xüsusi diqqət yetirilməli olduğunu deyir. “Yaşamağa yerin olması çox mühümdür. Bu sənə iş tapmaq, məktəbə getmək, dost-qohumlarına baş çəkmək üçün mühümdür.”

Nyu-Yorkun Bronks məhəlləsində də bu problemin həllinə çalışılır. Federal, ştat, şəxsi banklar və Bridge Garden təşkilatının yadrımı ilə burada evsiz-eşiksiz qalan müharibə veteranları üçün 17 bina tikiləcək.

Nyu-York şəhər şurasından Metyu Yucin: “Bizim həyatımız və azadlığımız uğrunda mübarizə edənlərin geri qayıdıb yaşaması üçün çarpışmalarına biganə qala bilmərik. Onların yeməyə və səhiyyə xidmətlərinə ehtiyacları olmamalıdır.”

Evsiz-eşiksizlərin himayədarları hərbi veteranların böyük risklərlə üzləşdiklərini və icmaların onlara təcili yardım göstərmələrinin vacib olduğunu deyirlər.

XS
SM
MD
LG