Accessibility links

ABŞ-ın Pensilvaniya ştatında güləş üzrə yarışlarda üçüncü yerə çıxmış Cavid Məmmədli (audio)


ABŞ-ın Pensilvaniya ştatında güləş üzrə yarışlarda üçüncü yerə çıxmış Cavid Məmmədli (audio)

ABŞ-ın Pensilvaniya ştatında güləş üzrə yarışlarda üçüncü yerə çıxmış Cavid Məmmədli (audio)

Mən öz üzərimdə daha da çox işləyəcəm ki, gələn yarışlarda üçüncü yox, birinci yeri qazanım

Sual: Cavid, Amerikada güləş üzrə məktəblərarası yarışlarda üçüncü yerə çıxmısan. İlk öncə özünü təqdim etməyini istəyirik.

Cavab: Mənim adım Cavid, soy adım Məmmədlidir. 1996-cı ildə Bakı şəhərində anadan olmuşam.

Sual: Cavid, Bakıda hansı orta məktəbdə oxuyurdun?

Cavab: Mən Bakı şəhərinin Nizami rayonunun 145 nömrəli orta məktəbində oxuyurdum.

Sual: Bəs burada hansı məktəbə gedirsən?

Cavab: Biz indi Pensilvaniya ştatında, Skranton şəhərciyində yaşıyırıq. Məktəbin adı isə `Scranton Highschool`-dur.

Sual: Yarışda neçə məktəbdən şagirdlər iştirak edirdi?

Cavab: Yarışda təxminən 15 məktəbdən güləşçilər iştirak edirdi. Yarışlara müxtəlif məktəbləri təmsil edən gənc idmançılar qatılmışdı. Mənim məktəbimdən altı nəfər bu yarışlarda iştirak edirdi.

ABŞ-ın Pensilvaniya ştatında güləş üzrə yarışlarda üçüncü yerə çıxmış Cavid Məmmədli (audio)

ABŞ-ın Pensilvaniya ştatında güləş üzrə yarışlarda üçüncü yerə çıxmış Cavid Məmmədli (audio)

Sual: Sən neçə görüş keçirə bildin?

Cavab: Mən üç görüş keçirdim. Üç görüşdən ikisi mənim üçün uğurlu oldu. Görüşdüyüm idmançılarla ilk dəfə idi güləşirdim. Birinci görüş asan keçdi. Mən 10-2 hesabla qələbə qazandım. İkinci görüşdə isə məğlub oldum, ona görə ki, rəqibim çox təcrübəli idmançı idi. Mənim təcrübəm isə kifayət qədər deyildi. Sonra üçüncü döyüşdə az hesabla uddum və üçüncü yerə çıxdım.

Sual: Güləşlə nə vaxtdan məşğul olursan?

Cavab: Çox deyil, altı aydır məşğul oluram.

Sual: Azərbaycanda güləşlə məşğul olurdunmu?

Cavab: Xeyr, Azərbaycanda mən bir il Kikboksla məşğul olmuşam. Sonra isə təxminən altı ay Dzüdo idman növü ilə məşğul olmuşam.

Sual: Bəs Amerikada nə üçün məhz güləş idmanı ilə məşğul olmaq fikrinə gəldin?

Cavab: Mən burada Kiqboksla maraqlandım, qiyməti 100 dollar idi. Yəni çox baha olduğuna görə fikrimi dəyişdim. Mən çox istəyirdim ki, Kiqboksu burada da davam etdirim. Amma maliyyə səbəbinə görə mən Kikboksa yazıla bilmədim. Bir gün təsadüfən xəbər tutdum ki, güləş üzrə qrup toplayırlar, özü də qrupa yazılmaq pulsuzdur. Mən bu qrupla maraqlandım, çox xoşuma gəldi və mən buraya yazıldım.

Bəxtiyar Zamanov: Bacarıqlı gənc azərbaycanlılar kifayət qədər resursları olmadığı üçün bəzən bu kimi problemlərlə qarşılaşır. Amma sən buna fikir verməyərək qələbə qazana bilmisən. Sənə uğurlar və yeni qələbələr arzulayıram.

Cavid Məmmədli: Çox sag olun. Mən öz üzərimdə daha da çox işləyəcəm ki, gələn yarışlarda üçüncü yox, birinci yeri qazanım. İdmanı çox sevirəm, idmansız yaşaya bilmirəm.


XS
SM
MD
LG