Accessibility links

İsmayıl Şaxtaxtinski: ABŞ-da iş tapa bilməyən universitet məzunları öz bizneslərini aça bilər (audio)


İsmayıl Şaxtaxtinski: ABŞ-da iş tapa bilməyən universitet məzunları öz bizneslərini aça bilər (audio)
İsmayıl Şaxtaxtinski: ABŞ-da iş tapa bilməyən universitet məzunları öz bizneslərini aça bilər (audio)

Amerikada öz təhsillərini bitirəndən sonra insanlar öz təcrübələrini artırmaq və ya ümumiyyətlə Amerikada daimi iş yeri tapmaq məqsədi ilə iş axtarırlar. Son zamanlar iqtisadiyyat zəif olduğuna görə iş tapmaq çətilnləşib və özəl bizneslə məşğul olmaq variantı daha aktual olub

Dünyada, o cümlədən Amerikada iqtisadi böhran, işsizlik bir nömrəli problem olaraq davam etməkdədir. Sözsüz ki, bu mühitdə təhsilini başa vurmuş tələbələr, əsasən də xarici tələbələr üçün iş tapmaq olduqca çətindir. Müsahibim paytaxt Vaşinqton yaxınlığında Virciniya ştatında fəaliyyət göstərən hüquqşünas İsmayıl Şaxtaxtınski Amerikada tələbəlik, mühacirət və iş tapmaqla bağlı xidmətimizin suallarını cavablandırıb.

Sual: Mənim sualım Amerika universitetlərinin xarici məzunları haqdadır. Xaricdə təhsillərini bitirdikdən sonra, öyrəndiklərini təcrübə etmək üçün iş axtarışında olan məzunlar qarşılaşdıqları səddi necə aşa bilərlər?

Cavab: Amerikada öz təhsillərini bitirəndən sonra insanlar öz təcrübələrini artırmaq və ya ümumiyyətlə Amerikada daimi iş yeri tapmaq məqsədi ilə iş axtarırlar. Son zamanlar iqtisadiyyat zəif olduğuna görə iş tapmaq çətilnləşib və özəl bizneslə məşğul olmaq variantı daha aktual olub. Düşünürəm ki, universiteti bitirdikdən sonra tələbələrin kiməsə işləməsi vacib deyil. Onlar öz bizneslərini qura bilərlər. Məsələ belədir ki, universiteti bitirdikdən sonra bir il ərzində Amerikada iş təcrübəsi almaq üçün onlara ilk növbədə iş tapmaq üçün 90 gün vaxt verilir və əksər hallarda 90 günün başa çatmasına az vaxt qalmasına baxmayaraq məzunlar iş tapa bilmirlər. Amerikada şəxsi işini qurmaq üçün hər bir şərait yaradılıb və iş tapa bilməyən universitet məzunlarına məsləhət görərdim ki, öz bizneslərini yaratsınlar.

İsmayıl Şaxtaxtinski: ABŞ-da iş tapa bilməyən universitet məzunları öz bizneslərini aça bilər (audio)
İsmayıl Şaxtaxtinski: ABŞ-da iş tapa bilməyən universitet məzunları öz bizneslərini aça bilər (audio)

Sual: Xarici məzunlar Amerikada bizneslə məşğul olmaq üçün hansı proseslərdən keçməlidir?

Cavab: Əsas odur ki, iş aldığı təhsillə əlaqədar olsun. Misal üçün, maliyyə proqramının məzunu mühasibatçı şirkəti aça bilər və ya əksinə: ona görə ki, mühasibatla maliyyə arasında əlaqə var. Amma mühasibat təhsili alan məzun gedib ticarətlə məşğul ola bilməz. Şərti olaraq universitet məzununun ixtiyarı var ki, öz şirkətini açsın. Amerikada xarici tələbələr arasında magistrat dərəcəsində ən tanınmış proqram Biznes İdarəçiliyi proqramıdır. Bu proqramın məzunları biznes üzrə təhsil aldıqları üçün ticarətlə məşğul ola bilər.

Sual: Ümumiyyətlə Amerikada bizneslə məşğul olmaq üçün Amerikanın vətəndaşı olmaq mühümdür?

Cavab: Tamamilə yox. Amerikada bizneslə məşğul olmaq üçün heç Amerikaya daxil olmaq belə vacib deyil. L1A viza növü var. Bu viza növü ilə xaricdə fəaliyyət göstərən şirkət və ya bizneslə məşğul olan bir adam xaricdəki biznesi ilə əlaqədar olaraq Amerikada öz şirkətini yarada bilər. Şirkət yarandıqdan sonra həmin şirkətin sahibi, o cümlədən şirkətin xarici ölkədəki icraediciləri Amerikada açılmış yeni filialda işləməyə gələ bilərlər. Bir şərtlə ki, həmin icraedici işçilər öz ölkələrindəki şirkətdə azı bir il müddətində icraedici vəzifələrdə işləsin və Amerikadakı filialın yaradılmasında mühüm rol oynasınlar.

Sual: Bizneslə məşğul olmaq üçün hansı viza növləri var?

Cavab: Bizneslə məşğul olmaq üçün bir neçə viza növü var. Birinci, dediyim kimi universiteti bitirəndən sonra bir il müddətində çalışa bilərlər. Amma statuslarını saxlamaq üçün çox vacibdir ki, tam iş günü işləməsələr belə həftədə azı 20 saat işləsinlər.

Bundan başqa H1B iş vizası var. H1B viza növünü əldə etmək üçün ilk növbədə heç olmasa bakalavr dərəcəsi almış məzun olmalıdır və vacibdir ki, aldığı təhsil üzrə işləsin, yəni ixtisasına uyğun işlə məşğul olsun.

Sonra, E2 investor viza növü var. İnvestor vizası iki ölkə, yəni Azərbaycan və ABŞ arasında bağlanan saziş əsasında yaranıb. Bu viza imkan verir ki, biznes yaradan şəxs biznesini idarə etmək məqsədi ilə Amerikada qalsın. Bundan sonra onun hər bir ailə üzvü, yəni həyat yoldaşı və 21 yaşdan az olan uşağı ölkədə qala bilər. Hətta iş adamının həyat yoldaşı Amerikada işləmək icazəsi belə ala bilir.

XS
SM
MD
LG