Accessibility links

Amerikada işsizlik göstəriciləri dekabr aynda 0.4 faiz azalaraq, 9.4 faiz olub. Buna 103 min iş yerinin açılması yardım edib. Beləliklə 2009-cu ilin may ayından etibarən bu rəqəm ən aşağı göstəricidir. Əmək Nazirliyinin hesabatında deyilir ki, ABŞ iqtisadiyyatı düşdüyü ağır tənəzzüldən çıxmağa bağlayıb.Lakin dirçəliş olduqca yavaş gedir. İqtisadi böhran Amerikada 8 milyon iş yerinin bağlanmasına yol açmışdı.

XS
SM
MD
LG