Accessibility links

Amerikada mədən qəzasına görə rekord təzminat [ABŞ-da oxşar qəzaların siyahısı]


2010-cu ildə Qərbi Virciniya ştatında Upper Big Branch mədənində baş vermiş partlayış nəticəsində 29 şaxtaçı dünyasını dəyişmişdi. Həlak olan insanların ailələrinin hər birinə 1.5 milyon dollar ödənmişdi.

Son illər təbii qaz hasilatında əldə olunan böyük uğurlara baxmayaraq böyük təhlükələri və ekoloji təsirləri olan kömür Birləşmiş Ştatlarda ən böyük enerji mənbəyi olaraq qalır. Amerika elektrik enerjisinin 40 faizini kömürdən əldə edir və bu kömürün 90 faizi daxili mənbələrdən əldə edilir.

Amerikanın 25 ştatında ildə bir milyard tondan çox kömür çıxarılır.

Xüsusilə XX əsrin əvvəllərində Amerikadakı kömür mədənləri bu sənaye tarixində ən pis qəzalara səhnə olub. ABŞ-ın Əmək Nazirliyinin məlumatına görə, ən ölümcül qəza 1907-ci ildə Qərbi Virciniya ştatındakı mədəndə partlayış zamanı baş verib. Faciə nəticəsində 362 şaxtaçı həlak olub. Monongah Mine Disaster 1907

Monongah Mine Disaster 1907



Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan Somadakı faciədən sonra kömür mədənlərindəki qəzalar haqqında “Olan hadisədir, bu işin qismətin belə hadisələri var” - deyə bildirmişdi. Baş nazirin 100-150 il əvvəlki hadisələrdən gətirdiyi nümunələr arasında 1907-ci ildə Monongah faciəsi də var idi. Ancaq cənab Ərdoğanın 107 il əvvəl baş vermiş hadisə ilə bağlı unutduğu bir məqam var. Belə ki, 1970-ci illərdən bəri ABŞ-da kömür mədəni qəzalarında ölüm sayları kəskin şəkildə azalıb. Bunun əsas səbəbi 1977-ci ildə qüvvəyə minən Federal Mədən Təhlükəsizlik Qanunudur (Mədən Qanunu kimi də tanınır). Qanun çərçivəsində yaradılan Mədən Təhlükəsizlik İdarəsinin başlıca məqsədi Amerikadakı mədənlərdə ölümcül qəzaların qarşısını almaq, ümumiyyətlə qəzaların sayını azaltmaq, insanların səhhətinə mənfi təsir edən şəraiti yaxşılaşdırmaq olub.

Xatırladaq ki, bu inkişaflara baxmayaraq 2010-cu ildə Qərbi Virciniya ştatının Naoma qəsəbəsində Yuxarı Böyük Qanad (Upper Big Branch) mədənində baş vermiş partlayış nəticəsində 29 şaxtaçı dünyasını dəyişmişdi. Federal hökumətin başlatdığı istintaq 2 il davam etdi və nəticədə mədən sahibi “Massey Energy” şirkəti təqsirli bilindi. Çünki qəzanın qarşısı alına bilərdi, yanğına səbəb olan xırda kömür tozlarının bir yerə toplanmasının qarşısını almaq olardı. Hadisədən sonra Massey Energy şirkətinin fəaliyyəti dayandırıldı və kömür mədəninin fəaliyyətini öz əlinə alan “Alpha Natural Resources” qəza zamanı həlak olan insanların ailələrinə 1.5 milyon dollar ödədi. Təzminatın ümumi məbləği 209 milyon dollar olaraq göstərilir. Daha sonra Upper Big Branch mədəninin fəaliyyəti də tam olaraq donduruldu və bir daha mədənə daxil olunmaması üçün mədənin ağzı beton divarlarla hörüldü. Məsul şəxslər isə 2 - 3.5 il müddətinə azadlıqdan məhrum edildi.

ABŞ-da mədən qəzaları:
  • 6 dekabr 1907: Amerika tarixinin ən böyük mədən qəzası. Monongah,
    Qərbi Virciniyada 6 və 8 saylı yataqlarda baş verən partlayış
    362 nəfərin həyatına son qoyub.
  • 13 noyabr 1909: İllinoys ştatındakı Cherry mədənindəki yanğın zamanı 259 şaxtaçı həlak olub.
  • 22 oktyabr 1913: Nyu-Meksikonun Douson şəhərində Stac Canon mədənində partlayış zamanı 263 nəfər ölüb.
  • 8 iyun 1917: Montanada Qranit Dağı mədənində partlayış 163 şaxtaçının həyatına son qoyub.
  • 10 yanvar 1940: Qərbi Virciniyada Pond Krik mədənində partlayış 91 nəfərin ölümü ilə nəticələnib.
  • 16 mart 1940: Ohayoda Willow Grove mədənindəki partlayış zamanı 72 şaxtaçı həlak olub.
  • 25 mart 1947: İllinoysda Centralia mədənində baş vermiş partlayış nəticəsində 111 nəfər ölüb.
  • 21 dekabr 1951: İllinoysda Orient 2 yatağında qəza nəticəsində 119 şaxtaçı dünyasını dəyişib.
  • 20 noyabr 1968: Qərbi Virciniyada Consol 9 yatağında partlayış 78 nəfərin ölümü ilə nəticələnib.
  • 30 dekabr 1970: Kentakidəki 15 ve 16 saylı yataqlarda yanğın baş verir. 38 şaxtaçı həla olur.
  • 2 may 1972: Aydahoda Sunshine gümüş mədənində yanğın zamanı 91 şaxtaçı ölüb.
  • 15 mart 1981: Koloradoda “Mid-Continent Resources”a məxsus Dutch
    Creek 1 saylı yatağında partlayış 15 nəfərin həyatına son qoyub.
  • 19 dekabr 1984: Utahdakı Wilberg mədəni - 27 ölü.
  • 23 sentyabr 2001: Alabamada Jim Walter Resources şirkətinə məxsus 5 saylı yataq - 13 ölü.
  • 24 iyul 2002: Pensilvaniyada Somerset qraflığındakı Quecreek mədənçilik şirkətinə məxsus kömür mədənində 9 şaxtaçı 1 metrlik yerdə dörd gün qalandan sonra hamısı sağ çıxarılıb.
  • 2 yanvar 2006: Qərbi Virciniya Sago mədənində partlayış nəticəsində yalnız 1 nəfər həlak olub.
  • 20 may 2006: Kentakidə Darby mədəninin 1 saylı yatağında partlayış 5 nəfərin həyatına son qoyub.
  • 6 avqust 2007: Utahdakı Crandall Canyon mədənində çökmə nəticəsində 6 şaxtaçı həlak olub.
  • 5 aprel 2010: Qərbi Virciniya ştatının Naoma qəsəbəsində Yuxarı Böyük Qanad (Upper Big Branch) mədənində baş vermiş partlayış nəticəsində 29 şaxtaçı dünyasını dəyişmişdi. Federal hökumətin başlatdığı istintaq 2 il davam etdi və nəticədə mədən sahibi “Massey Energy” şirkəti təqsirli bilindi. Çünki qəzanın qarşısı alına bilərdi, yanğına səbəb olan xırda kömür tozlarının bir yerə toplanmasının qarşısını almaq olardı. Hadisədən sonra Massey Energy şirkətinin fəaliyyəti dayandırıldı və kömür mədəninin fəaliyyətini öz əlinə alan “Alpha Natural Resources” qəza zamanı həlak olan insanların ailələrinə 1.5 milyon dollar ödədi. Təzminatın ümumi məbləğı 209 milyon dollar olaraq göstərilir. Daha sonra Upper Big Branch mədəninin fəaliyyəti də tam olaraq donduruldu və bird aha mədənə daxil olunmaması üçün mədənin ağzı beton divarlarla hörüldü. Məsul şəxslər isə 2-3.5 il müddətinə azadlıqdan məhrum edildi.
XS
SM
MD
LG