Accessibility links

Amerikada mafiyaya qarşı mübarizə hələ də davam edir


Amerikada mafiyaya qarşı mübarizə hələ də davam edir
Amerikada mafiyaya qarşı mübarizə hələ də davam edir

Bu gün səhər Nyu York şəhəri ətrafında 100-dən çox mafiya üzvü həbsə alınıb

Birləşmiş Ştatların Federal Təhqiqat Bürosu agentliyin tarixində ən geniş əməliyyat nəticəsində bir gün ərzində 100-dən çox mafiya üzvünü həbsə alıb.

ABŞ-ın baş prokroru Erik Holder Nyu Yorkda, Bruklində müxbirlərə verdiyi açıqlamada əməliyyatın bu gün səhər həyata keçirildiyini bildirib. O deyib ki, narkotik maddələr, zorlama və qətldə əli olan cinaytkarlar Nyu York, Nyu Cersi və Rhod Ayland ştatlarında həbs ediliblər. Holderin sözlərinə görə, agentliyin Nyu York şəhəri ətrafında həbsə aldığı şəxslər arasında italyan mənşəli amirkalı beş cinayətkar qrupun hər birinə mənsub üzvlər var. Onlardan biri İtalyada həbsə alınıb.

Nyu York şəhərində `Beş Ailə`adlanan qrup `La Cosa Nostra` kimi də tanınır və Sisiliya mafiyası ilə əlaqədardırlar. Ailələrin üzvlərinin həbsə alınmaqları və həbsdə onların hüquq-mühafizə orqanları ilə məlumatları bölüşdüklərinə görə bu ailələr son illər ərzində zəifləmişlər.

Holder deyib ki, bu gün həyata keçirilən həbslər federal və yerli hüquq-mühafizə orqanlarının birgə işi nəticəsinəd baş tutub və bu, Cosa Nostra- ya qarşı mübarizədə irəli atılan mühüm addımdır. Lakin o, bu mübarizənin sona çatması üçün hələ uzun müddət vaxt lazım olduğunu vurğulayıb. Holder əlavə edib ki, mafia ilə mübarizə hüquq-mühafizə orqanları üçün prioritet olaraq qalacaq.

XS
SM
MD
LG