Accessibility links

Amerikada müsəlman sənət adamları stereotipləri dəyişməyə çalışır


Amerikada müsəlman sənət adamları stereotipləri dəyişməyə çalışır
please wait

No media source currently available

0:00 0:03:17 0:00
On illərdir Hollivudda Ömər Şərif, Toni Şalhub və Mürray Abraham kimi ərəb mənşəli aktyorlar böyük uğurlar qazanıb. Lakin ABŞ-da əyləncə sahəsində öz dini mənsubiyyətini açıq şəkildə bildirən müsəlmanların sayı o qədər çox deyil. Əyləncə sahəsində çalışan müsəlman aktyorlar neqativ stereotipləri dəyişməyə çalışır.

Amerikalı komediya ustası Dean Übeydulla deyir ki, onun etnik və dini mənşəyi onu başqa komediya ustalarından fərqləndirir.

Dean Übeydulla Fələstin mənşəli müsəlmandır. O deyir ki, onun etnik və dini mənşəyi ona problem yaratmasa da, ABŞ-da bununla bağlı stereotiplər mövcuddur.

Bu anlaşılmazlıqlar və müsəlman olmağın nə demək olduğu haqda danışmaq üçün o, komediya dilindən istifadə edir.

Bu mövzu ilə bağlı o, komediya janrında “Müsəlmanlar gəlir!” adlı sənədli film çəkib.
Dean Übeydulla həm müsəlmanlar, həm də qeyri-müsəlmanlardan müsbət reaksiya aldığını deyir. Amma əlavə edir ki, bəzən qeyri-müsəlmanlar onun zarafatlarına necə cavab verəcəklərini bilmir: “Bəzən auditoriyada məyyən dərəcədə narahatlıq hiss olunur, çünki onlar tam əmin deyillər, nəyə gülmək düzgündür, nəyə isə düzgün deyil.”

Amerikalı müsəlman şair Əmir Süleyman bəzi müsəlmanların onun çıxışlarına rahat baxa bilmədiklərini deyir: “Bəzi insanlar çox narahat olur. Bəziləri deyir ki, siyasi baxımdan bu, düzgün deyil. Onlar buna öyrənməyib. Bəzi hallarda aktyor, ya da ictimai fiqur olanda siz sanki milyonlarla insanı təmsil edən bir sözçüyə çevrilirsiniz. Bütün bu insanlar müxtəlif baxışları təmsil edir və fərqli təmsil olunmaq istəyir, lakin aktyor hamıya görə məsuliyyət daşıya bilməz.”

Əmir Süleyman özü azlığı təmsil etdiyi üçün çətinliklərlə qarşılaşdığını deyir: “Şübhəsiz ki, mən müsəlman və qaradərili olduğum , həm də fərqli şeylərdən danışdığım üçün bəzi maneələr və çətinliklər var. Lakin mənim üçün ən mühüm şey səmimi və həssas olmaqdır, bu da həmişə kömək edir.”

Amerikada böyük əyləncə biznesində ilk malaziyalı müğənni Yuna Ürəkdən oxuduğu mahnılarla özünə yol tapa bilib. Lakin onun pərəstişkarı olan Aber Xan müsəlmanların hamısının müsəlman qadın müğənnini qəbul edə bilmədiyini düşünür: “Bu, yeni bir şeydir və insanların bunu tam başa düşməsi vaxt tələb edir, bəlkə bəzi adamlar onun olduqca istedadlı müsəlman qadın olduğunu qəbul edərək. O, öncüldür, bizə də bu lazımdır.”

Dean Übeydulla deyir ki,istər musiqi olsun, istər poeziya, istərsə də komediya janrı, əsas məsələ müsəlman sənətçilərin ABŞ mediasında mövcud olmasıdır: “Birləşmiş Ştatlarda müsəlmanlar ölkə əhalisinin yalnız iki faizini təşkil edir. Biz o biri 98 faizin bizi eşitməsini istəyiriksə, mediada təmsil olunmalıyıq.”

O deyir ki, müsəlman sənətçilər öz istedadları ilə islam əleyhinə baxışlar və stereotipləri dəyişə bilərlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG