Accessibility links

Amerikada pulsuz "Pro Bono" vəkilləri [Video]


Amerikada pulsuz "Pro Bono" vəkilləri
please wait

No media source currently available

0:00 0:03:30 0:00

Amerikada pulsuz "Pro Bono" vəkilləri

Son illər pulsuz xidmət təklif edən edən hüquq şirkətlərinin sayl gündən-günə artır

ABŞ-da müştərilərinə pulsuz xidmət göstərən vəkillərə “Pro bono” vəkillər deyirlər. Son illər pro bono xidmət təklif edən hüquq firmalarının sayı gündən günə artır.

Linda kimi təqdim edilməsini istəyən 65 yaşlı qadın uzun müddət bacısının nəvəsi Mayklı himayəyə götürmək üçün mübarizə aparıb. ”Baxımsızlıq və baş verən laqeydlik səbəbilə dəfələrlə məhkəmə yolu ilə onu himayəyə götürməyə çalışsam da, faydası olmamışdı” - deyə Linda bildirir.

Sonra isə Linda imkanı olmayanlara pulsuz hüquqi yardım təmin edən Bet Tzedek təşkilatını tapır. Qurumun əməkdaşları onu böyük bir şirkətdən pro bono vəkillərlə əlaqələndirir və onlar onu təmsil edir. Bir illik mübarizədən sonra Linda Mayklı himayəyə götürə bilir: “Bir ara başımı itirmişdim. Amma sonda bu baş verdi. İndi o, mənimlədir. İndi mən evə gedə və Maykla deyə bilərəm ki Maykl bizim evimiz var”.

“O’Melveny & Myers” hüquq şirkətindən Deyvid Laş deyir ki, çoxu prestijli hüquq şirkətlərindən olmaqla artan sayda vəkil ehtiyacı olan müştərilərə pulsuz yardım təklif edir: “Son 10 ildə hüquqşunaslar arasında pro bono iştirakçılarının sayı xeyli sayda artdığı görünür”

“O’Melveny & Myers” korporativ hüquqdan tutmuş intelektual mülk hüququnadək bütün sahələrdə, həm də dünya boyu fəaliyyət göstərir.

“Tələbat böyüyür. Biz pro bono işini London, Brüssel ofislərimizdə, habelə Honq Konq, Sinqapurvə Pekindəki ofislərimizdəki vəkillərimizlə birgə aparırıq” - deyə Deyvid Laş bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG