Accessibility links

Amerikada rekord istilər


ABŞ-ın mərkəzi və şərq ştatlarında istilər rekord həddə çataraq 48° selsiusa yüksəlib.
Kanzasdan tutmuş Nyu Cersiyədək 10-dan çox ştatda rəsmilər qızmar hava xəbərdarlıqları yayıblar.

Bir həftədən artıqdır davam edən istilər 20-dən çox adamın həyatına bais olub.

Milli Hava Xidməti qızmar temperaturu hava ilə əlaqədar Amerikanın hazırda bir nömrəli “killeri” adlandırır. Belə ki, yüksək temperatur daşqınlar, tornadolar, ildırım və qasırğalardan daha çox insan həyatına son qoyur.

Cümə günü paytaxt Vaşinqtonda doqquzuncu gün idi ki, ardıcıl olaraq temperatur 35° selsiusa çatırdı. Şənbə günü isə əvvəlkilərdən daha istidir.
XS
SM
MD
LG