Accessibility links

ABŞ prezident seçkiləri Azərbaycanda da izlənildi [Video]


Çoxsaylı insan səsvermənin nəticələrini izləmək üçün Hyatt Regency otelinə gəlib

Amerikada keçirilən prezident seçkiləri Azərbaycanda da izlənilib. Gecə saatları olmasına baxmayaraq ölkənin iqtidarda olan Yeni Azərbaycan Partiyasının rəhbərliyi istisna olmaqla aparıcı siyasi partiyaların, QHT-lərin rəhbərləri, hüquq-müdafiəçiləri, politoloqlar, ictimiyyətin çoxsaylı nümayəndələri seçkiləri izləmək üçün Bakıda Hyatt Regency hotelində bir araya gəlib.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Amerika seçki demokratiyası və seçkilərdən sonra Azərbaycanla münasibətlər barədə danışıb.

"Biz ABŞ-da kimin prezident seçiləcəyini, yeni administrasiyanı kimlərin təmsil edəcəyini hələ bilmirik. Seçkinin nəticələri məlum olduqdan sonra belə yeni administrasiyanın xarici siyasətlə bağlı öz düşüncələri olacaq," o seçkilərdən sonra ABŞ administrasiyasının siyasətindən danışarkən deyib.

Səfir Sekuta bildirib ki, hətta nəticələr fərqli olsa belə, qanuna əsasən gələn il yanvarın 20-ə qədər Barak Obamanın rəhbərlik etdiyi administrasiya hakimiyyətdə qalacaq.

O, ABŞ-Azərbaycan münasibətlərinin seçkilərdən sonra necə olacağı ilə bağlı suala cavabda deyib ki, Vaşinqtonun Azərbaycana dair siyasətinin necə dəyişəcəyi haqda danışmaq hələ tezdir, seçkilərin nəticələrini gözləmək lazımdır.

Show comments

XS
SM
MD
LG