Accessibility links

Amerikada vətəndaş müharibəsinin ildönümü qeyd olunur


Amerikada vətəndaş müharibəsinin ildönümü qeyd olunur

Amerikada vətəndaş müharibəsinin ildönümü qeyd olunur

Amerikalılar vətəndaş müharibəsinin başlanmasının 150-ci ildönümünü mərasim və quraşdırılmış döyüş səhnələri ilə qeyd edir.

Müharibə 1861-ci ildə aprelin 12-də başlayıb. Həmin gün separatçı Konfederasiya qüvvələri Cənubi Karolinanın sahil şəhəri Charleston yaxınlığındakı Fort Sumter istehkamına hücum etmişdilər.

Fort Sumter-dəki rəsmi mərasimlərin çox şən keçməməsinə xüsusi diqqət yetirildiyini bildirib. Belə ki, vətəndaş müharibəsi zamanı 600000 amerikalı həyatını itirib.

Müharibənin başlıca səbəbi hələ də mübahisə mövzusudur. Bəzi ekspertlər müharibənin bir sıra ştatların ittifaqdan ayrılaraq Amerika Ştatları Konfederasiyası yaratmaq hüququ üzərində baş verdiyini deyir. Lakin başqaları 11 ştatın quldarlıq praktikasını qorumaq üçün ittifaqdan ayrıldıqlarını deyir. O vaxtkı prezident Abraham Lincoln quldarlığın qatı əleyhdarı idi.

XS
SM
MD
LG