Accessibility links

Amerikada yoxsulların sayı artmaqda davam edir


Cina Zbikovski və Con Ohleriç

Cina Zbikovski və Con Ohleriç

Yoxsuların sayının artması yardım agentliklərinin də imkanlarını tükədib

Birləşmiş Ştatların Əhalini Siyahıyaalma Mərkəzinin açıqladığı son məlumatına görə, ölkədə əhalinin 46 milyondan çoxu yoxsulluq şəraitində yaşayır. Bu, 1959-cu ildən bəri ölkədə yoxsulluğun ən yüksək göstəricisidir. Bundan əlavə, Amerikada 50 milyona qədər insanın tibbi sığortası yoxdur.

Cina Zbikovski iş axtardığını, əlillik üçün ona verilən cüzi yardımın Amerikanın arzusu olmadığını deyir. “Mənim fikrimcə, Amerikanın arzusu deyəndə öz şəxsi evin, şəxsi biznesin, maşının olmaq, ümumiyyətlə yaxşı yaşamaq nəzərdə tutulur. Mən indiki vəziyyətdə bunları ağlıma belə gətirə bilmirəm.”-deyə Cina bildirir.

Cinanın sevgilisi Con Ohleriç isə yarım-ştat işləyir. Onun epilepsiya xəstəliyi var, lakin tibbi sığortası yoxdur. “Dərmanlar çox bahadır. Mən dərmanlarımı hər ay almalıyam. Əgər mənim dərman almağa pulum olmursa, mən nənəmə müraciət etməli oluram. Mənim pulum gələn kimi də gedir. Çünki mən həkimə getməliyəm, mən ölmək istəmirəm.”

Hər altı amerikalıdan biri Cina və Conun vəziyyətindədir, yoxsulluq içərisində yaşayır.

Resurs Mərkəzindən Kim Perez. “Yoxsulluq gündəlik çətinlikdir. Masaya yemək qoya biləcəksənmi, ev kirəsini ödəyə biləcəksənmi. Uşaqları doydura və ya onlara dərman ala biləcəksənmi?”

Yoxsuların sayının artması yardım agentliklərinin də imkanlanı tükədib. Liza Meysi-Lilinq Çikaqo yaxınlığındakı evsizlərə yardım edən Hartland – Humanitar Xitmətlər Mərkəzində işləyir. O, ehtiyacı olanların çox az bir hissəsinə yardım edildiyini deyir. “Əvvəki kimi indi kifayət qədər vəsait yoxdur, Ehtiyac artıqca fondler tükənir. Eytiyacla imkan arsında uurum yaranıb.”

Cina Zbikovski yardım agentliklərinin imkanlarının azolduğunu bilir. O, yardımdan sa, iş tapmağa üstünlük verir.

XS
SM
MD
LG