Accessibility links

Amerikadakı misirli ziyalı ilə ölkədəki xalq hərəkatı və Misirdəki vəziyyət barədə söhbət


Amerikadakı misirli ziyalı ilə ölkədəki xalq hərəkatı və Misirdəki vəziyyət barədə söhbət
Amerikadakı misirli ziyalı ilə ölkədəki xalq hərəkatı və Misirdəki vəziyyət barədə söhbət

Əslən Misirli jurnalist Xalid Həqqazi Misir xalqının hərəkatın arxasında dayandığını deyir

Misirin İsgəndəriyyə şəhərindən olan şair, yazıçı, jurnalist, Xalid Heqazzi Misirdə on minlərlə insanın dəsdəklədiyi prezident Mübarəkin əleyhinə etiraz hərəkatının necə davam etdiyi, insanların könüllülük əsasında nümayişçilərin ehtiyaclarını ödədiklərini, ölkədə zavodların, dükanların, rəsmi idarələrin və məktəblərin hələ də bağlı olduğunu deyir. O qeyd edir ki, bu vəziyyət nümayişçilərin işinə manə olmur, çünkü əhali onlara kömək edir.

Xalid Heqazzi ilə Bəxdiyar Zamanovun müsahibəsi

Sual:
Xalid sizin Misirdə qohumlarınız dostlarınız və tanıdığınız insanlar var. Sözsüz ki, onlarla əlaqə saxlayırsınız. İsgəndəriyyə şəhərində vəziyyət necədir?

Xalid Heqazzi: Misirin İsgəndəriyyə şəhərində vəziyyət gərginləşməkdə davam edir. Yəqin ki, siz rejimin Təhrir meydanında törətdikləri qırğından xəbərdarsınız. İnsanlar çox hiddətlidirlər. Çərşənbə günü, o, (Mübərək) çıxışını bitirəndən sonra meydanda 30 000 nümayişçi qalmaqda davam edərək, onun sentyabr ayında yox dərhal hakimiyyəti tərk etməsini tələb etdi.

Çərşənbə günü rejim 30 000 nümayişçiyə hücum etdi. 1500 insan hadisədə xəsarət aldı, 6 nəfər qətlə yetirildi. Çərşənbə gecəsi çox dəhşətli görüntü idi.

Qahirə, İsgəndəriyyə, ümumiyyətlə bütün Misir boyu millət dünən küçələrə çıxaraq Təhrir meydanında toplaşan 50 000 nümayişçiyə dəstək ifadə etdi.

Sual: Sizin dostlarınız, qohumlarınız və ya yaxınlarınızdan hökumət əleyhinə nümayişlərdə iştirak edənlər varmı?

Amerikadakı misirli ziyalı ilə ölkədəki xalq hərəkatı və Misirdəki vəziyyət barədə söhbət
Amerikadakı misirli ziyalı ilə ölkədəki xalq hərəkatı və Misirdəki vəziyyət barədə söhbət

Xalid Heqazzi: Nümayişlərdə mənim doğma qohumlarım da iştirak edir, lakin oradakı nümayişçilərin hər biri mənim üçün doğmadır, mənim qan qardaşlarım və bacılarımdır. Onlar hamısı Misirlilərdir.

Mənim bir yerdə boya başa çatdığım, yaxın dostlarımdan yaralananlar var. Onların hər ikisi jurnalist və yazıçıdır. Onlara ilk tibbi yardım göstərilib, lakin indi də küçədə dayanıblar və nümayiş edirlər.

Sual: Xalid nümayişlər nəticəsində ölkədə qida, su və ya tibbi ləvazımat çatışmazlığı kimi problemlər yaranıbmı? Mağazalar işləyirmi?

Xalid Heqazzi: Bu inqilab ölkədə illər boyu görünməmiş yeni və tam başqa bir ictimai münasibətlər yaradıb. İnsanlar başqa - başqa şəhərlərdə evlərində xörəklər bişirərək 100 kilometrlərlə məsafəni maşınlarında qət edərək ölkə boyu nümayişçiləri qida ilə təmin edir.

Heç kim ac və ya susuz qalmır. Heç kimin başqa bir tələbi yoxdur. Yeganə tələb Mübarəkin tezliklə hakimiyyətdən getməsidir.

Sual: Siz demək istəyirsiniz ki, nümayişçilər qida və tibbi yardımlarla pulsuz təmin edilirlər?

Xalid Heqazzi: Bəli, qida, su, tibbi yardım, hər bir şey havayıdır. Misirdə hər bir ev inqilabı dəstəkləyir və nümayişçilərə kömək edir.

Sual: Xalid ictimai müəssisələr, orta məktəblər və ya iş yerləri fəaliyət göstərirmi?

Xalid Heqazzi: Xeyir bütün müəssisələr bağlıdır. Çünki, hökumət onları prezidenti dəstəkləməyə məcbur edir və işçilərdən işləmək əvəzinə hökuməti müdafiə etmək üçün istifadə edilir.

Sual: Amerikada yaşayan misirlilər də hansısa işlər görürürmü?

Xalid Heqazzi: Tək Amerika deyil, ümumiyyətlə bütün dünya misirlilərin nümayişində iştirak etmək istəyir. Təəssüf ki, hökumət hava limanını bağlayıb və uçuşlar dayandırılıb.

Düşünürəm ki, biz gələcəkdə Misirin yenidən qurulması üçün daha çox işlər görə bilərik. Lakin, bütün bunlar Mübarək gedəndən sonra olacaq.

Şənbə günü günorta saat 2-də burada Luiziana ştatının Yeni Orlean şəhərində, biz toplaşacağıq.Bütün insanları bizə qoşularaq Misirdə azadlığı dəstəkləmək üçün bu toplantıya dəvət edirik. Biz hazırda Facebook vasitəsi ilə artıq 150 insan toplamışıq və çalışırıq daha da çox insan toplayaq.

Müsahibəyə ingilis dilində qulaq asın:

XS
SM
MD
LG