Accessibility links

ABŞ istehlakçılarının artan nikbinliyi pərakəndə satış rəqəmlərini və iqtisadiyyatı dirçəldə bilər.

Miçiqan Universitetinin cümə günü açıqladığı hesabatda deyilir ki, iqtisadi tənəzzül başladıqdan bəri istehlakçı sentimenti ölçüsü 4.8 bal artaraq 83.1-ə yüksəlib.

İqtisadçılar deyirlər ki, özünə inamı güclənən istehlakçılar daha çox pul xərcləməyə meylli olurlar. İstehlakçı təlabatı ABŞ-da iqtisadi fəaliyyətin üçdə ikisini təşkil edir.

Əmək Nazirliyinin hazırladığı fərqli hesabat göstərir ki, yüksələn yanacaq qiymətləri sentyabrda topdansatış qiymətləri artırıb. Amma ərzaq və enerji kimi dəyişkən sahələr istisna olmaqla ümumilikdə inflyasiya nəzarətdədir.
XS
SM
MD
LG