Accessibility links

Amerikalı həmsədr sülh üçün 6 təməl elementi açıqladı [Video]


Vaşinqtonda Qarabaq forumu: Amerikalı həmsədr sülh üçün 6 elementi açıqladı
please wait

No media source currently available

0:00 0:05:28 0:00

Vaşinqtonda Qarabaq forumu: Amerikalı həmsədr sülh üçün 6 elementi açıqladı

“Sayı-hesabı bilinməyən danışıqlar, vaxtaşırı atəşkəsin pozulması, Ermənistanın və Dağlıq Qarabağda yaşayan əhalinin təcridi, Azərbaycanın məyusluğu və məcburi köçkünlər arasındakı qəzəb – sabitlik və sülh üçün çıxış yolu deyil.” Bu sözləri Vaşinqtondakı Karnegi Sülh Fondunda keçirilən konfransda ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. Dağlıq Qarabağda atəşkəsə dair sazişin 20-ci ildönümü ərəfəsində keçirilən “Dağlıq Qarabağ: Həll yollarının əsasları” tədbirində Dövlət Departamentinin rəsmi bəyanatını açıqlayan cənab Uorlik münaqişənin tənzimlənməsinə dair təklifləri bəyan edib.

Helsinki Yekun Aktının təməl prinsiplərini xatırladan amerikalı həmsədr sülhə nail olmaq üçün 6 elementin həyata keçirilməli olduğunu bildirib. Onun sözlərinə görə, bu elementlər fərq qoyulmadan bir prinsip kimi nəzərə alınmalıdır:

Birincisi, Dağlıq Qarabağın mürəkkəb tarixi fonunda tərəflər ortaq razılıq əsasında gələcəkdə yekun hüquqi status müəyyən edilməsinə dair iradə nümayiş etdirməlidirlər. Bu, qaçılmazdır. Müvəqqəti status müvəqqəti olmalıdır.

İkinci, hazırda Bakı tərəfindən idarə edilməyən keçmiş Dağlıq Qarabağ Muxtar Regionu sərhədləri daxilindəki əraziyə müvəqqəti status verilməlidir. Bu status ən azından regionda təhlükəsizlik və özünü-idarəçiliyi təmin etməlidir.

Üçüncü, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Azərbaycanın suverenliyinə hörmət edilmədən münaqişə həll edilə bilməz və bu ərazilər üzərində suverenliyin tanınması bərpa edilməlidir.

Dördüncü, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz olmalıdır. Bu dəhliz təhlükəsiz keçidi təmin etməyə kifayət edəcək qədər geniş olmalıdır, ancaq bu, bütün Laçın rayonunu əhatə edə bilməz.

Beşincisi, tənzimlənmə məcburi köçkünlərə və qaçqınlara əvvəlki evlərinə qayıtmaq imkanını tanımalıdır.

Və sonuncu, altıncısı, münaqişənin tənzimlənməsində sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatı yer almalıdır. Elə bir ssenari yoxdur ki, orada bütün tərəflərin etimadını qazanmış və yaxşı planlaşdırılmış sülhməramlı əməliyyatlar olmadan sülhün təminatı mümkün olsun.

Daha sonra Ceyms Uorlik insanlar arasında etimadın yaranmasının mühümlüyünü vurğulayaraq ABŞ-dakı və digər ölkələrdəki azərbaycanlı və erməni diasporları bu istiqamətdə birgə çalışmağa çağırıb.

Tədbirdə 1994-cü ildə atəşkəs sazişi imzalanarkən ABŞ-ın Azərbaycanda səfiri olmuş Riçard Kazlariç də iştirak edib. Cənab Kazlariç Amerikanın Səsinə açıqlamasında 20 il əvvəlki gözləntilərə nəzər salıb: “Atəşkəs elan olunanda iki əsas reaksiya var idi. Birincisi, döyüşlər səngiyəcəkmi? İkincisi isə ümid ondan ibarət idi ki, döyüşlər uğurlu diplomatiya ilə əvəzlənəcək. Mən səfir Uorlikin diqqətini və gördüyü işləri yüksək qiymətləndirirəm, ancaq mən narahatam ki, 20 il keçib, və biz hələ də diplomatiyanın nəticə verməsini gözləyirik”

Karnegi Fondunun baş elmi işçisi Tomas De Vaal isə Amerikanın Səsinə açıqlamasında deyib ki, səfir Uorlikin tədbirdə söylədikləri ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə dair birbaşa bəyanatı idi və bu çox önəmlidir. O, Ukrayna hadisələri fonunda Qarabağ münaqişəsinə dair Minsk Qrupuna həmsədr ölkələrinin birgə işləmək imkanlarına da toxunub: “Səfir Uorlik Minsk Qrupunda Rusiya ilə birgə işlədiklərini söyləmək barədə ehtiyatlı davrandı. Fikrimcə müşahidəçilər bilir ki, ABŞ, Rusiya və Avropa birlikdə çalışmasa bu münaqişə həll oluna bilməz. Əgər razılığa gəlməsələr, nizamlanmaya ümid daha da azalacaq. Bəli, Rusiya ilə ABŞ arasında ciddi problemlər var, ancaq bu problemlər hələlik Minsk Qrupuna sıçramayıb”.

Münaqişənin həllində xalq diplomatiyasının tətbiqinin tərəfdarı olduğunu dilə gətirən Riçard Kazlariç buna görə Azərbaycanda bəzi fəalların və jurnalistlərin saxlanıldığını xatırladıb:

“Hökumət bu yolla mesaj göndərir ki, onlar əhalinin hökumətdən kənar sərbəst şəkildə ermənilərlə danışmasını və icmaların birlikdə sülh içərisində yaşaması üçün əsasın qoyulmasını istəmir”.

Təhlilçilər razılaşır ki, tərəflər düşmənçilik mövqeyinə son qoyaraq Ceyms Uorlikin də vurğuladığı 6 elementin üzərində işi davam etdirməlidir.

Bu yaxınlarda Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-in Minsk Qrupunun amerikalı həmsədrini ABŞ-dakı erməni diasporası ilə sıx əlaqələrə malik olmaqda ittiham edərək onun geri çağırılması məqsədilə ATƏT-in sədrinə müraciət edilə biləcəyini demişdi. Karnegi Fondunda keçirilən tədbirdən sonra Ceyms Uorlik Amerikanın Səsinin müxbirinə bildirib ki, nizamlanma istiqamətində çalışmağa dair onlar ortaq məqsədləri bölüşürlər. Həmsədrin sözlərinə görə, o, bir yerdə çalışa biləcəklərinə ümid edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG