Accessibility links

Amerikalı səyahətçi zaminə buraxıla bilər


Yüksək rütbəli İran prokuroru deyir ki, amerikalı səyahətçi ölkəyə qeyri-qanuni daxil olduğuna görə bir il saxlandıqdan sonra tezliklə zaminə buraxıla bilər. Tehran prokuroru Abbas Cəfəri Dolatabadi İran mediasına bildirib ki, Sara Şourd $500 000 ödədikdən sonra azadlığa buraxıla bilər. Ramazan bayramı münasibətilə Sara Şourdun şənbə günü azadlığa çıxacağı gözlənilirdi. Lakin ədliyyə rəsmiləri planları qəfildən ləğv edərək həll olunmamış hüquqi məsələlərin olduğunu əsas gətirdilər. Şourd və iki başqa amerikalı Şeyn Bauer və Coş Fattal 2009-cu il, iyulun 31-də saxlanılaraq ölkəyə qeyri-qanuni girişdə və casusluqda ittiham olunurlar. Səyahətçilər isə İran ərazisinə təsadüfən daxil olduqlarını və casusluqla məşğul olmadıqlarını israr edirlər.

XS
SM
MD
LG