Accessibility links

Amerikalı tələbələr Azərbaycan dilini öyrənir


Amerikalı tələbələr Azərbaycan dilini öyrənir
Amerikalı tələbələr Azərbaycan dilini öyrənir

Bu ilin Önəmli Dil Tələbələri sırasına Azərbaycan dilini başlanğıc, orta və inkişaf etmiş səviyyələrdə bilən tələbələr daxildir. Proqrama ev sahibliyini Azərbaycan Dillər Universiteti edəcək. Proqram həftədə azı 20 saat olmaqla qruplarda keçirilən intensiv dil təlimi və təşkil olunmuş mədəni maarifləndirici təcrübə təqdim edir.

Bu gün 11 nəfərdən ibarət bir qrup ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDT) Proqramı ilə Azərbaycan dilini öyrənmək üçün Bakıya gəlib. Amerika Şurası (American Councils) tərəfindən idarə olunan ÖDT proqramı Amerika universitetlərinin bakalavr və magistr tələbələri üçün ABŞ dövlətinin strateji əhəmiyyəti olan xarici dil kimi qəbul etdiyi Azərbaycan dilini öyrənmək üçün şərait yaradır. Bu barədə Amerikanın Bakıdakı səfirliyi məlumat verib.

Bu ilin Önəmli Dil Tələbələri sırasına Azərbaycan dilini başlanğıc, orta və inkişaf etmiş səviyyələrdə bilən tələbələr daxildir. Proqrama ev sahibliyini Azərbaycan Dillər Universiteti edəcək. Proqram həftədə azı 20 saat olmaqla qruplarda keçirilən intensiv dil təlimi və təşkil olunmuş mədəni maarifləndirici təcrübə təqdim edir. İştirakçılar Azərbaycan dilində sərbəst danışığı inkişaf etdirəcək və “dil yaşıdları”na (ev sahibi ölkənin universitet tələbələrinə) qoşulmaqla, yerli icmalarda könüllü fəaliyyətlə məşğul olmaqla və Bakıda yerli ailələrlə birgə yaşamaqla Azərbaycanın zəngin mədəniyyəti haqqında daha çox öyrənəcəklər. ÖDT iştirakçıları təqaüd proqramından sonra da dili öyrənməyə davam edəcək və önəmli dil vərdişlərini öz gələcək professional karyeralarında tətbiq edəcək.

Bu ilki Önəmli Dil Tələbələri Azərbaycan dili də daxil olmaqla 14 prioritet dili öyrənən 575 ABŞ bakalavr və magistr tələbələrinin arasındadır. Onlar meyarlı seçim prosesində 5200 ərizəçi arasından seçiliblər.

2006-cı ildə ABŞ Dövlət Departamenti amerikalı tələbələrin xarici ölkələrdə önəmli dilləri öyrənmək imkanlarını artırmaq məqsədilə İntensiv Yay İnstitutları üçün Önəmli Dil Təqaüdləri Proqramını başlayıb. Proqram ABŞ dövlətinin Azərbaycan dili kimi önəmli dilləri öyrənən və inkişaf etdirən amerikalıların sayını artırmaq təşəbbüsünün bir hissəsidir.

ÖDT Proqramı, Təhsil və Mədəniyyət İşləri Bürosunun təklif etdiyi digər mübadilə proqramları barədə əlavə məlumat almaq üçün http://www.clscholarship.orghttp://exchanges.state.gov ünvanlarına daxil ola bilərsiniz. Azərbaycanda bu proqram haqqında daha ətraflı məlumat almaq üçün Azərbaycan Dillər Universitinin veb səhifəsinə (http://www.adu.edu.az/) və ya Amerika Şurasının Azərbaycan ofisinin veb səhifəsinə http://www.americancouncils.az/) daxil ola bilərsiniz.

XS
SM
MD
LG