Accessibility links

Amerikalı fiqurlu konkisürənlər Soçi Olimpiadasında qızıl medal alıb


Meril Deyvis və Çarli Uayt
Meril Deyvis və Çarli Uayt
ABŞ idmançıları Meril Deyvis və Çarli Uayt Soçi Qış Olimpiya Oyunlarında fiqurlu konkisürənlər arasında sərbəst proqramda qızıl medal alaraq, ölkəyə tarixi qələbə gətiriblər. Bu, ilk dəfədir ki ABŞ bu idman növündə Olimpiya qızılını alır.

Kanadalı cüt Tessa Vörtü və Skott Moyr ikinci, Rusiya fiqurlu konkisürənlər Yelena İlyinix və Nikita Katazlarov isə üçüncü yeri tutublar.

Azərbaycanı təmsil edən Yuliya Zlobina və Aleksey Sitnikov qısa və sərbəst proqramdan sonra 12-i yerə çıxıblar.

Ümumi nəticələrə görə, Rusiya və ABŞ Soçi Olimpiadasında 18 medal alıb. Niderland 17 medalla ikinci yerdə, Almaniya isə 8 medalla üçüncü yerdədir.
XS
SM
MD
LG