Accessibility links

Onlar 1979-cu ilin noyabr ayında ABŞ səfirliyində iranlı tələbə inqilabçıları tərəfindən girov götürülmüşdülər və 444 əziyyətli gün ərzində ağır şəraitdə sorğu-sual edilmiş, döyülmüş, karserə salınmışdlar.

Bu gün 35 il sonra onlarla amerikalı və onların ailələri çəkdikləri əziyyətin kompensasiyasının ödənilməsini gözləyirlər. Çoxları təkcə İslam Respublikasından yox, ABŞ hökümətindən də narazıdırlar və səbr kasaları dolub.

Bəzi keçmiş əsirlər deyirlər ki, bir mənada elə bil ki, onlar hələ də girov altındadırlar.

İran heç bir zaman məsuliyyət daşımayıb. Onlar bunu hər zaman inkar ediblər.

Onlar İranın onlardan rəsmi şəkildə üzr istəyib özlərinin və ölkələrinin səhv hərəkət etdikərini boyunlarına almaqlarını istəyirlər, amma bele bir şeyin olacağını gözləmirlər.

“İran heç bir zaman məsuliyyət daşımayıb. Onlar bunu hər zaman inkar ediblər,” deyə ABŞ Dövlət Departamentinin diplomatı Con Limbert bildirir.

Amerika Birləşmiş Ştatlarından isə onlar kompensasiya üçün dəstək istəyirlər. Kompensasiyanın girovları azad edən müqavilənin şərtlərinə zidd olduğu üçün illər boyu hökümət tərəfindən qarşısı alınıb.

“Mən Tehranda zindanda olduğum zaman belə təsvir etmirdim,” deyə təqaüdə ayrılan hava qüvvələri polkovniki Deyvid M. Roder bildirib.

Rəsmi əleyhdarlıq kompensasiyaya dəstəyin yeni üsullarına yol açsa da, bəzi keçmiş girovlar artıq onlara ümid bəsləmirlər, çünki daha öncə də enişlər və yoxuşlar yaşayıblar.

Bəzilərinin isə ötən il ABŞ və İran prezidentləri arasındakı telefon söhbəti ümidlərini artırmışdı.

Lakin aylar sonra, İranın girov böhranı zamanı tərcüməçi kimi işləyən və girovların saxlanılmasına kömək edən Həmid Abutalebini Birləşmiş Millətlər Təşkilatına nümayəndə kimi təyin etdiyində hirslənmişdilər.

Onlardan 16-sı hökümət nümayəndələrinin təşkil etdiyi telekonfrans zamanı etirazlarını bildirmişdilər və Ağ Ev Abutalebiyə viza verməkdən imtina edərək BMT-nin Nyu York gərargahında iştirakının qarşısını aldığı zaman sevinmişdilər.

Keçmiş girov Kevin Hermeninq İran və ABŞ daxil olmaqla dünyanın altı ən güclü dövləti arasında İranın mübahisəli nüvə proqramı üzərində keçirilən danışıqlara qəzəblənib.

“İranla bu danışıqlar komediyasını izləmək insanın köhnə yaralarının qaysağını açır,” deyə İranla bağlı xəbərləri yaxından izləyən Hermeninq bildirir. “Sən bunların hamısının arxada qaldığını düşündüyün an, onlar yenə bu yaranı eşirlər.”

Qaranalıq dövr

Onlar məni şikəst oğlumu öldürüb, parçalarını yoldaşıma göndərməklə hədələyirdilər.

Şah Rza Pəhləvinin çevrilişi zamanı ABŞ-ın tutduğu mövqedən qəzəblənən tələbə radikallar 1979-cu ilin noyabrın 9-da səfirliyin nəzarətini ələ alanda, hazırda rəsmi maliyyə plançısı kimi işləyən Hermeninq səfirlikdə hərbi keşikçi kimi işləyirdi.

Onlar ümumilikdə 90 nəfəri girov götürmüşdülər, onlardan 66-sı amerikalı idi. Daha sonra onlar 52 səfirlik işçisindən başqa hamını azad etmişdilər. Azad olunanlara mülki diplomatlar və hərbi personal daxil idi.

14 ay boyunca gənc hərbçi və başqaları dəfələrlə dindirilirdi, döyülürdü və digər zorakılıqlara məruz qalırdı. Hermeninq tapança ilə döyüldüyünü və əlləri ilə ayaqlarının bağlandığını xatırlayır. Bir dəfə uğursuz qaçma cəhdindən sonra 43 gün karserdə keçirib.

Səfirlik əsir alınanda Roder 8 gün idi ki, Hava Qüvvələrinin köməkçi ataşesi kimi təyin olunmuşdu. Onu əsir alanlar onu dəfərlərlə rezin şlanqla vururdular, başına silah tuturdular və bir dəfə onu zəncirləyib iki gün şiddətli soyuğa və qara məruz qoymuşdular.

“Fiziki təzyiqlər sənin diqqətini çəkirdi,” Roder xatırlayır.

Lakin psixoloji təzyiq daha da ağır idi.

“Onlar məni şikəst oğlumu öldürüb, parçalarını yoldaşıma göndərməklə hədələyirdilər çünki mən sorğu zamanı onların suallarına cavab vermirdim.” O düşünür ki, onu əsir alanlar onun şimali Virciniyada yaşayan ailəsini müşahidə etmək üçün adam tutmuşdular.

“Mən bəlkə də iranlılara mənə etdiklərini bağışlaya bilərəm, lakin buna görə onları bağışlamıram və ona görə də, kompensasiyanın böyük tərəfdarıyam, çünki düşünürəm ki, bizim ailələrimizin kompensasiyaya haqqları çatır. Onlar bizim qəhrəmanımızdır,” deyə Hermeninq bildirir.

Azad olunublar, amma hələ də maneələrlə üzləşirlər

Əsirlər nəhayət 1981-ci ilin yanvarın 20-si azad edildilər. Onlar yalnız sonradan öyrəndilər ki, onların İrana qarşı heç bir ittiham sürməmələri haqqında razılaşma şərti ilə onlar azadlığa buraxılıblar.

Keçmiş girovların bəziləri 1996-cı ilin qanununa əsasən İranı məhkəməyə verdilər, çünki inanırdılar ki, bu qanun onlara yol açacaq. 2000-ci ildə İrandan cərimə və zərər kompensasiyası tələb edən məhkəmə işində Roder şikayətçi qismində çıxış edirdi.

Terrorizmin qurbanları kompensasiyaya layiqdirlər.

Lakin məhkəmə dinləməni 2001-ci ilə təyin edəndə, ABŞ höküməti mane oldu. Onlar məhkəmə işinin dayandırılmasını tələb etdilər və bildirdilər ki, belə etməklə onlar Əlcəzair Müqaviləsinin şərtlərini ləğv edəcəkdilər və hökümətin xarici siyasət yürütmələrinə maneə törədəcəkdilər.

Girovların hüquqi komandası işi Ali Məhkəməyə qədər apardılar, və məhkəmə şikayəti 2012-ci ilin may ayında rədd etdi.

Daha sonra hüquqi komanda məhkəmədən dönərək qanunvericiliyə üz tutdu.

Ötən il təqdim olunan qanun layihəsi keçmiş girovların hər birini 4.4 milyon dollarla təmin edir. Bu pullar İranın ABŞ-ın İrana qarşı sanksiyalarını pozduğu üçün ödənən cərimələrdən maliyyələşəcək. Keçmiş Amerikalı Girovlarına Ədalət Qanunu hər iki partiya tərəfindən dəstəklənsə də, hələ bu qanun üzərində səsvermə keçirilməyib.

Lakin Dövlət Departamenti kompensasiyanı dəstəkləyir.

“Biz ölkəmizin xarici siyasətinə və milli maraqlarımıza uyğun olaraq keçmiş girovları əlavə kompensasiya ilə təmin etmək üçün Konqres üzvləri ilə işləməyə qərarlıyıq,” deyə Dövlət Departamentinin rəsmisi Amerikanın Səsinin suallarına elektron məktubla verdiyi cavabda bildirib.

Rəsmi bildirib ki, departament inanır ki, bu qanun layihəsi bu məqsədə nail olmağı hədəfləyir.

O, həmçinin bildirib ki, ABŞ höküməti müəyyən miqdarda kompensasiya ödəyib. 1980-ci illərdə, ABŞ-ın digər girovlara etdiyi kimi, hər bir girova əsir olaraq keçirdiyi hər gün üçün 50 dollar verib - yəni cəmi 22.000 dollar.

Elektron məktubda bildirilib ki, Əlcəzair Müqaviləsinə görə hökümət ABŞ məhkəmələrində keçmiş “girovlar tərəfindən İrana qarşı heç bir iddianı dəstəkləməyəcək. Dövlət Departamenti keçmiş girovların məyusluğunu anlasa da, ABŞ höküməti bu müqavilə ilə məhdudlaşdırılıb.”

Girovların Virciniyanın Lakford & Reed hüquq bürosunda çalışan hüquq komandalarının sözçüsü Alan Mədison bildirib ki, onlar Dövlət Departamenti və konqres rəsmiləri ilə “ciddi danışıqlar aparırlar.”

Son 35 ildə bütün ABŞ administrasiyaları İranın maraqlarını amerikalıların maraqlarına üstün tutublar.

“Hər kəs bizi dəstəkləyir. Sadəcə onlar bunu necə edəcəklərini düşünürlər,” deyə Mədison bildirir və vaxt qrafiki, pulun miqdarı və maliyyələşdirmə mənbələri haqda danışıqların aparıldığını bildirir. Girovların əvvəlki məhkəmə prosesi zamanı kompensasiyanın dondurulmuş İran vəsaitləri ilə maliyyələşdirilməsini təklif etmişdilər.

Çox gözəl ideya

Günahsızlara kompensasiya sistemi üzrə ekspert, Arizona Dövlət Universitetinin hüquq professoru Betsi Qrey bu cür maliyyələşdirmə planlarını “çox gözəl ideya” adlandırıb.

“Terrorizmin qurbanları kompensasiyaya layiqdirlər. Kompensasiya fondu bizi psixoloji olaraq rahatlaşdırır, çünki biz bilirik ki, hökümət bizi dəstəkləyir,” deyə xanım Qrey bildirib.

Eks-girovlar isə hökümətin dəstəyi barədə tərəddüd hissi keçirir.

“Son 35 ildə bütün ABŞ administrasiyaları İranın maraqlarını amerikalıların maraqlarına üstün tutublar,” deyə Viskonsin ştatından Konqresə iki dəfə namizəd olan Hermeniq bildirib. “İran beynəlxalq hüququn hər bir müddəasını pozduğuna görə heç vaxt nə pulla, nə də qanla bədəl ödəməyib.”

Xarici xidmətdən 2012-ci ildə təqaüdə ayrılan Don Kuk bir neçə ay öncə bildirib ki, “Dövlət Departamenti fikrini dəyişsə, girovlar kompensasiya axtarışlarına o dəqiqə son qoyacaqlar.” O, Dövlət Departamentinin bu mövqeyə sadiqliyini səbəb yox, “bəhanə” adlandırır.

O Vaşinqton Post-dakı köşə yazısında bildirib ki, hələ də İrandan şübhələnir. Lakin son günlərdə girovların məsələlərinin həll olunması ilə bağlı optimist olduğunu bildirib. O, deyir ki, “bu mövzu ilə bağlı artıq işlər görülür.”

Aktual amil

Zaman keçdikcə razılaşma üçün momentum yaranır, deyə Limbert bildirib və əlavə edib ki, keçmiş 52 girovdan yalnız 39-u hazırda yaşayır.

34 il boyunca biz bir-birimizə ağır zərbə endirdik, təhqir etdik, təhdid etdik. İndi biz fərqli şeylər etməliyik.

“Bizimlə Tehranda olan bir çox insan həqiqətən də pis vaxt keçiriblər. Biz intihar, öz həyatlarına qəsd etmə, ailə problemləri, və narkotikaya qurşanma yaşamışıq.”

Hal-hazırda Merilənddə ABŞ Hərbi Donanma Akademiyasında beynəlxalq əlaqələr üzrə dərs deyən Limbert bildirir ki, illərcə kompensasiyaya yolu bağlamaqla “bizim öz hökümətimiz İslam Respublikası ilə ortaq mövqe paylaşıb. Onlar bunu etiraf etmirlər, amma əslində olan budur.”

Uzun illər Dövlət Departamentində işləməyinə və İrana bağlılığına baxmayaraq, o bu durumu tənqid edir. Mən 60-cı illərdə orada Sülh Korpusunda idim. Mənim həyat yoldaşım iranlıldır, və uşaqlarım da yarı-iranlıdırlar,” deyə Limbert bildirir.

Lakin bir diplomat kimi eks-girovların bu məsələlərində və ABŞ-la İranın münasibətlərində potensial görür.

Limbert deyir: “Baxın, mən həmişə çox ümidliyəm. Siz inanmalısınız ki, hər şey düzələcək. Bizim bu il keçən ildən fərqli yerdə olduğumuz dana bilməzsiniz. 34 il boyunca biz bir-birimizə ağır zərbə endirdik, təhqir etdik, təhdid etdik. İndi biz fərqli şeylər etməliyik.”

XS
SM
MD
LG