Accessibility links

Amerikalı iranlı mühəndis ABŞ-a dair həssas məlumatları vətəni İrana göndərdiyinə görə casusluq ittihamı ilə 8 ildən çox həbsə məhkum olub.

ABŞ prokurorları bildirib ki, müdafiə nazirliyində müqavilə əsasında işləyən Müzəffər Xəzaye ABŞ-ın hərbi döyüş təyyarələrinin mühərriki ilə bağlı məlumatları illərdir oğurlayaraq İranla paylaşıb.

61 yaşlı Xəzaye ikili vətəndaşlığa malikdir. O, 2014-cü ildə Birləşmiş Ştatları çemodanında həssas hərbi sənədlərlə tərk etməyə cəhd göstərərkən həbs edilib.

O, ABŞ-ın Konnektikut ştatında keçirilən məhkəmənin hakiminə hərəkətlərinə görə peşmən olduğunu deyərək, cəzanın yüngülləşdirilməsini istəyib. Məhkəmə onu 8 il və bir ay müddətinə həbsə məhkum edib və 50 min dollar məbləğində cərimə ödəməsi haqda qərar çıxarıb.

Prokurorlar Xəzayenin kompyuterində İran universitetlərinə göndərdiyi mesajların olduğunu bildirib. Bu mesajlarda o, "bizim sənayemiz və universitetlərimizdə tətbiq edilə biləcək əsas texniki biliklər əldə etdiyini" yazıb.

Prokurorların bildirdiyinə görə, Xəzaye 2013-cü ildə İrana həssas texniki məlumatlar olan yüzlərlə sənəd və sxemlərlə dolu yük göndərməyə cəhd edib.

Məhkəmənin çıxardığı qərarda deyilir ki, Müzəffər Xəzaye ABŞ-ın müdafiə sənayesinə dair həssas materialları İrana göndərmək cəhdi Birləşmiş Ştatların milli təhlükəsizlik maraqlarına xəyanət edib.

XS
SM
MD
LG