Accessibility links

Amerikalı müsəlman lider terroru pisləyir [Video]


Amerikadakı digər icmalar kimi müsəlman icması da Parisdə baş verən terror hücumlarına görə şoka düşüb.

Amerikanın Müsəlman qrupları Paris hücumlarına görə yekdilliliklə İŞİD-i qınayıb. Amma onlarda biri –Respublikaçı Müsəlmanlar Koalisiyası- qrupa qarşı daha sərt təbdirlərin görülməsinə çağırır və İŞİD-in İslamı təmsil etmədiyini iddia edir.

Onların qaçqınlara sığınacaq verən Qərb ölkələrinin günahsız vətəndaşlarını hədəfləməyə əsasları yoxdur

Amerikadakı digər icmalar kimi müsəlman icması da Parisdə baş verən terror hücumlarına görə şoka düşüb.

Səba Əhməd hüquqşunasdır və eyni zamanda Respublikaçı Müsəlmanlar Koalisiyasının prezidentidir. O, terrorçuları bu cür amanısz əməllərinə görə qınayır.

“Onların qaçqınlara sığınacaq verən Qərb ölkələrinin günahsız vətəndaşlarını hədəfləməyə əsasları yoxdur.”

Xanım Əhməd deyir ki, Qərbə qarşı hücumların amansızlığına baxmyaraq, İŞİD kimi qruplar daha çox digər müsəlmanlara ziyan vurur.

Paris hücumları

Paris hücumları

“İŞİD terrorizmindən ən çox zərər çəkən elə müsəlmanladır. Onlar Suriyada, İraqda və bütöv Yaxın Şərqdə günahsız müsəlmanları öldürürlər.”

Bir çoxlarının da qeyd etdiyi kimi, Səba Əhməd də İŞİD kimi qrupların İslamı təmsil etmədiyini deyir.

“Onlar bizim dinimizi təhrif edib. Onlar cinayət əməllərinə haqq qazandırmaq adı ilə dindən sui-istifadə edən cinayətkarlardır.”

Əhməd Fransa hökümətinin Paris hücumlarına cavab olaraq göstərdiyi hərbi müdaxilənin zəruri olduğunu deyir.

“Məncə onların İraqda İŞİD-in qərargahını hədəfləyən genişmiqyaslı əməliyyatlar həyata keçirməsi yaxşı əlamətdir. Onlar qrupun istehkamları və isnadgahlarını məhv etmək və gələcək vəhşiliklərin qarşısını almaq üçün lazım olan hər bir önləyici tədbiri görməlidirlər.

İŞİD terrorizmindən ən çox zərər çəkən elə müsəlmanladır. Onlar Suriyada, İraqda və bütöv Yaxın Şərqdə günahsız müsəlmanları öldürürlər

Amma o yenə də uzunmüddətli anti-terrorizm planının da vacib olduğunu qeyd edir.

“Bizim daha yaxşı strategiyamız olmalıdır. Bu səhər prezident Obama onların istinadgahını çökdürmək və onlara qarşı hərtərəfli mübarizə aparmağın vacibliyindən söz açdı.”

Xanım Əhməd ABŞ və dünyadakı bütün müsəlman icmaları ilə əlaqə yaratmağın zəruri olduğunu düşünür, çünki onun fikrincə, müsəlmanlar terrora qarşı qlobal mübarizənin böyük qaynağı ola bilər.

XS
SM
MD
LG