Accessibility links

Müsəlmanlarla həmrəylik göstərən amerikalı professor xristian kollecdən ayrılır


Uioton kollecinin professoru Larisiya Hokins

Uioton kollecinin professoru Larisiya Hokins

Müsəlmanlarla həmrəylik məqsədilə xristian kollecinə başı örtülü gələn ABŞ professoru İslam və Xristian dinləri haqda şərhlərinə görə yaranmış mübahisə ilə əlaqədardərs dediyi kolleci tərk edir.

Uioton kolleci (Wheaton College) və professor Larisiya Hokinsin verdiyi birgə bəyanatda əldə edilmiş qarşılıqlı razılığa əsasən onun kollecdən ayrıldığı deyilir.

Bəyanatda deyilir ki, hər iki tərəf digər dinlərin nümayəndələri, ya da heç bir dinə mənsub olmayan insanlar, eləcə də dini etiqadlarına görə təcrid edilmiş insanlarla hörmət əsasında dialoqa sadiq qalır.

Dekabrın 10-da özü xristian olan professor Hokins Facebook sosial şəbəsində yerləşdirdiyi yazıda müsəlmanlarla həmrəy olduğunu bildrirərək, onların "kitab əhli olduğunu" və "eyni Allaha sitayiş etdiklərini" yazıb.

Kollec buna cavab olaraq hər iki dinin monoteistik din olsa da aralarında fundamental fərqin olduğunu bildirib.

XS
SM
MD
LG