Accessibility links

Riyaziyyatın tədrisində yeni metodika [Video]


Riyaziyyatın tədrisində yeni metodika
please wait

No media source currently available

0:00 0:02:00 0:00

Ötən il ilk dəfə olaraq amerikalı tələbələrin riyaziyyat dərslərindəki göstəriciləri aşağı olub. Bu, Milli Təhsil İnkişaflarının Dəyərləndirilməsi Proqramının gəldiyi qənaətdir.

Los Anjeles məktəblərinin birində müəllimlər məsələyə olduqca ciddi yanaşır.

12 yaşlı bu məktəbli misalın həllini izah edir.

Etan Cimenez: “Biz bunu komanda riaziyyatı adlandırırıq. Çünki misalların həllində bütün sinif iştirak edir.”

Bəzi ekspertlərin fikrincə, ölkə testləri yeni stadartları qarşılamır.

El Sereno orta məktəbinin müəllimləri ABŞ-ın bütün ştatlarında tətbiq edilən yeni testlərin uşaqların əzbərləməsi deyil, anlamasına çalışırlar. Bu testlər məktəblilərin abstrakt konseptləri qavramasına da yardım edir.

Riyaziyyat müəlimi Ferora Skuler: “Uşaqlar buna maraq göstərir. Məsələləri həll edir. Müzakirələr keçirirlər.”

Proqramda əsas diqqət mühəndislik, riyaziyyat kimi dəqiq elmlərə yönəlib. Onları müəllimlər istiqamətləndirir.

Müəllim Şehnaz Karu: “Onlar sözün əsl mənasında dizany, inşa edir, sınaqdan keçirir. Əgər problem varsa yenidən əvvələ,dizayn işinə qayıdırlar.”

Yeni testlər üçün akselerasiya mərkəzi məsələlərin həllində mühüm olan mütaliəni də nəzərdən qaçırmır.

Proqram koordinatoru Betti Kvonq: “Uşaqlar öz fikirlərini ifadə edir. Onları başqalarına izah edir. Onlar arasında disloq, söhbət yaranır.”

Əməkdaşlıq müəllimlər və şagirdlər üçün ənənəvi üsuldan yeni bir platformaya keçid deməkdir.

Məktəb direktoru Franses Qipson: “Müəllimlər indi başqa yolla hazırlanır. Onlar yalnız şagirdlərlə deyil, biri-biri ilə də işləməli olur.”

Riyaziyyat üzrə davamlılığın inkişafı sadə proses deyil.

El Sereno məktəbinin direktoru Coys Dara: “Bu dəyişiklik müsbət addım kimi qiymətləndirilməlidir. Bu, özümüzü yenidən dəyərləndirmək deməkdir.”

Common Core adlanan yeni test üsulunu tənqid edənlər də az deyil. Onlar proqramın mürəkkəbliyindən şikayətlənir.

XS
SM
MD
LG