Accessibility links

Sorğular: Amerika ictimaiyyəti Suriyaya hücumu dəstəkləmir


ABŞ prezidenti Barak Obama və nüfuzlu qanunvericilərin Suriyaya qarşı hərbi hücum tərəfdarıdır, lakin onlar belə görünür Amerika ictimaiyyətini buna əmin etmək üçün böyük iş görməlidir.

Washington PostABC şirkətinin keçirdiyi birgə sorğuya əsasən, amerikalıların 59 faizi Suriya hökumətinə qarşı hərbi hücumun əleyhinə çıxır. Hücumu dəstəkləyənlər respondentlərin 36 faizini təşkil edir. Sorğunun nəticələri Suriyaya hücuma dəstək verənlərin sayının Britaniya və Fransa kimi ölkələr qoşulduğu halda artaraq 46 faiz təşkil etdiyini göstərir.

Pew araşdırma mərkəzinin keçirdiyi başqa bir sorğuya görə isə Suriyaya qarşı hərbi müdaxilə əleyhinə 48, hücuma dəstək verənlər isə 29 faiz təşkil edib.

Sorğuda göstərilir ki, respondentlərin 74 faizi hücumların Amerika əleyhinə əhval-ruhiyyənin artmasına gətirib çıxaracağına inanır. Respondentlərin 61 faizi hərbi müdaxilənin ABŞ-ın münqailəyə uzun müddətli cəlb olunması ilə nəticələnəcəyinə inandığını bildirib.

Sorğular avqust ayının 29-dan sentyabrın 1-ə qədər, yəni prezident Obama və administrasiyanın yüksək səviyyəli rəsmilərinin hücuma dəstək qazanmaq üçün bəyanatlardan əvvəlki dövr min nhəfər arasında keçirilib.

Sorğularda 3,5 faiz qeyri-dəqiqlik mümkün ola bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG