Accessibility links

Amerikalılar terror aksiyalarını qınayır


Vaşinqtonda Fransa səfirliyinin qarşısında Parisdə terror aksiyalarının qurbanlarının xatirəsi anılır
Vaşinqtonda Fransa səfirliyinin qarşısında Parisdə terror aksiyalarının qurbanlarının xatirəsi anılır

Amerikalılar Parisdə terror aksiyalarını qınayaraq, hadisə qurbanlarının ailələrinə baş sağlığı bildirir və Fransa xalql iə həmrəyliyiniifadə edir.

ABŞ Konqresində qanuvericilər, Amerikada prezident seçki kampaniyasında namizədlər, müsəlman təşkilatların nümayəndələri, eləcə də sosial mediada adi vətənşdalar Parisdə 127 nəfərin ölümü və 200-dən çox adamın yaralanması ilə nəticələnmiş terror aksiyalarına münasibət bildirib.

ABŞ Dövlət Departamenti yaralananlar arasında amerikalıların da olduğunu haqda məlumat verib.

Nyu-Yorklular Fransaya dəstək bildirir
Nyu-Yorklular Fransaya dəstək bildirir

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Pol Rayan amerikalıların Fransa xalqı ilə bir olduğunu deyib. Hadisə ilə əlaqədar verdiyi bəyanatda Pol Rayan "terror qalib gəlməyəcək, biz qalib gələcəyik" deyə bildirib.

ABŞ prezident seçki kampaniyasında bir sır namizədlər, o cümlədən demokratlar Hillari Klinton və Berni Sanders, respublikaçılar Donald Tramp və Ben Karson Tvitter sosial şəbəkəsində yazdıqları mesajlarda hadisə qurbanlarının xatirəsinə ehtiram ifadə ediblər.

XS
SM
MD
LG