Accessibility links

Amerikalılar 2001-ci il 11 sentyabr hadisələrinin 10-cu ildönümünə hazırlaşır

  • Nərminə Cəlalqızı

Amerikalılar 2001-ci il 11 sentyabr hadisələrinin 10-cu ildönümünə hazırlaşır

Amerikalılar 2001-ci il 11 sentyabr hadisələrinin 10-cu ildönümünə hazırlaşır

Sağ qalan insanlar son on ildə həyatlarında və şəhərdə baş verən dəyişikliklərdən söhbət açır

2001-ci il sentyabrın 11-i hücumlarının 10-cu ildönümünə hazırlıqlara Ground-Zero-da inşa edilən Anım meydanı və yeni muzeyin açılışı da daxildir. Dünya Ticarət Mərkəzinə hücumlar zamanı 11 nəfərlik heyətini itirmiş yanğınsöndürən maşın eksponat kimi Ground Zero-da yaradılan sentyabrın 11-i Memorial müzeyə gətirilib. Bu maşın Nyu –York şəhəri Yanğınsöndürmə Departamentinin Ladder şirkətinə məxsus idi. Əkiz binalara hücum zamanı yardıma tələsən yanğınsöndürənlər binalar dağılarkən həlak oldular.

Sentyabrın 11-i hadisələri barədə məlumatlar toplayan Tribute Dünya Ticarət Mərkəzi hadisənin şahidlərinə yaddaşında qalanları yazmaları və rəsm çəkmələri üçün qələm və kağız paylayır. Mərkəzin kuratoru Meriam Lobel nyu-yorkluların çoxunun hadisə ilə bağlı təəssüratlarını bölüşmək istədiklərini deyir.

“Biz sentyabrın11-i hadisələri zamanı Aşağı Manhattanda hadisə baş verən zaman sağ qalanlara, orada çalışanlara və yaxınlıqda olan turistlərə yadlarında qalanları anlatmalarını istəyirik.” – deyə, o bildirir.

Həmin gün sevgilsi, iş yoldaşı və hətta tanımadıqlarını belə itirən insanlar yadlarında qalanlardan danışır. Sağ qalan insanlar son on ildə həyatlarında və şəhərdə baş verən dəyişikliklərdən söhbət açır.

Biri sədəcə olaraq yazır ki, birinci sinifdən axırıncıyadək hər gün otağından Əkiz Binaları seyr edərdi. Qəfildən binalar yox oldu. Terror hücumları zamanı Nyu –Yorkda səfərdə olan bir pakistanlı isə bütün Pakistan xalqına sentyabrın 11-də baş verənlər barədə məlumat yaydığını deyir. Təqaüddə olan kompyuter üzrə mütəxəssis Ceyms Oşe şəhərin digər göydələnindən ticarət mərkəzlərinin necə uçduğunu gördüyünü yazır.

Bütün bu xatirələr Ground Zero yaxınlığındakı Xatirə bağında nümayiş etdiriləcək. 11 Sentyabr Xatirə Meydanı ictimaiyyətə sentyabr ayının 12-də açılacaq. Muzeyin isə gələn il açılacağı planlaşdırılır.

XS
SM
MD
LG