Accessibility links

Amerikalılar Əfqanıstan missiyasına soyuq münasibət bəsləyirlər

  • Amerikanın səsi

ABC News-Washington Post-un keçirdiyi rəy sorğusuna əsasən ABŞ vətəndaşlarının 60 faizi Əfqanıstandakı müharibənin verilən qurbanlara dəymədiyi qənaətindədir. Amerikalıların yalnız 35 faizi ötən on il ərzində xərclənən pullara və həyat itkilərinə haqq qazandırıb.

Son beş ildə ilk dəfə olaraq Respublikaçıların yarısı müharibənin lüzumunu sual altına alıblar.

Rəy sorğuları göstərir ki, amerikalıların 54 faizi, hətta əfqan ordusu hazır olmadığı təqdirdə belə ABŞ qüvvələrinin Əfqanıstandan çıxarılmasını istəyir. Lakin bu mövqeyi 10 Demokrat və ya müstəqildən 6-sı, 10 Respublikaçıdan isə 4-ü dəstəkləyir.

Bu arada amerikalıların yalnız 30 faizi hesab edir ki, əfqanlar ABŞ əsgərlərinin ölkələrində qalmasını dəstəkləyirlər.

Birləşmiş Ştatlar və NATO müttəqfiləri 2014-cü ilin sonunadək qüvvələri Əfqanıstandan çıxarmağı və təhlükəsizliyi əfqan ordusuna təhvil verməyi planlaşdırırlar.

XS
SM
MD
LG