Accessibility links

Amerikalılar İren qasırğasının vurduğu ziyan aradan qaldırmağa çalışır


Amerikalılar İren qasırğasının vurduğu ziyan aradan qaldırmağa çalışır

Amerikalılar İren qasırğasının vurduğu ziyan aradan qaldırmağa çalışır

ABŞ-ın şərq sahillərinin sakinləri bir çox insanın ölümünə səbəb olan İren qasırğasının vurduğu ziyanları aradan qaldırmağa çalışır. Şimali Karolina ştatında torpaq sürüşməsinə səbəb olan qasırğa ABŞ və Kanadada 40 nəfərin həyatına son qoyub.

ABŞ Federal Fövqəladə Hallar İdarəsinin administrator Kreq Fyuqeyt bildirir ki, Vermont və Nyu-Yorkda rekord səviyyədə daşqınlar qeydə alınıb. “Daxil olan məlumata görə, daşmış çayların bəzilərinin su səviyyəsi hələ 2-3 gün yüksək olaraq qalacaq, ona görə, daşqının vurduğu ziyan arta bilər.

Kommunikasiya şirkətləri bildirir ki, 5 milyon insanın elektrik enerjisi ilə tam təmin olunması bir həftədən çox vaxt ala bilər.

Son dayancağı Kanada olan İren qasırğası çoxsaylı dağıntılara səbəb olub. Vermont ştatının sakinləri son 100 ilin ən pis daşqınlarına məruz qalıb.

XS
SM
MD
LG