Accessibility links

Amerikanın Səsi Azərbaycana dair dinləmələri CANLI yayımlayacaq [Anons]


İyunun 11-də ABŞ Helsinki Komissiyası Azərbaycana dair dinləmə keçirəcək

ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası (Helsinki Komissiyası) iyun ayının 11-i, çərşənbə günü Senatda "ABŞ-Azərbaycan münasibətlərində Təhlükəsizlik, İqtisadiyyat və İnsan Haqları" mövzusunda dinləmələr keçirəcəyini bəyan edib. Bakı vaxtı ilə saat 19:00-da başlacaq dinləmələri Amerikanın Səsinin veb səhifəsindən CANLI izləmək imkanınız olacaq.

ABŞ-Azərbaycan münasibətlərinin təhlükəsizlik, iqtisadi və insan haqları tərəflərinin müzakirə olunacağı tədbir haqda Helsinki Komissiyasının yaydığı məlumatda deyilir ki, Azərbaycan ABŞ-ın tərəfdaşıdır, Avropanın enerji təchizatçısıdır, Əfqanıstanda beynəlxalq qüvvələrə yardım edir.
Komissiyanın məlumatına görə, dinləmələrdə region üzrə aşağıdakı mütəxəssislər ifadə verəcək:

Tom Melia - ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müşaviri;

Erik Rubin - Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri;

Miriam Lanskoy - Demokratiyaya Dəstək Fondunun (NED) Rusiya və Avrasiya üzrə direktoru;

Brenda Şaffer - Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Mərkəzinin elmi tədqiqatçısı.
  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG