Accessibility links

Əfqanıstanın Amerikan Universiteti fəaliyyətini bərpa edib


Əfqanıstanın ən nüfuzlu ali təhsil müəssisəsi olan Amerikan Universiteti (AUAF) 13 nəfərin ölümünə, 35 nəfərdən çoxunun yaralanmasına səbəb olan terror hücumundan yeddi ay sonra fəaliyyətini bərpa edib.

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, ötən avqust ayında ölənlər arasında yeddi tələbə, bir professor, iki polis zabiti və iki təhlükəsizlik işçisi olub.

Professor-müəllim heyəti əfqanlar və xarici vətəndaşlardan ibarət olan universitet rəsmi olaraq şənbə günü açılsa da, dərslərin martın 28-də başlayacağı gözlənilir.

Əfqanıstanın Amerikan Universitetinin direktor vəzifəsini icra edən Deyvid Sedni deyir ki, universitet ötən ilki terror hücumundan sonra yeni təhlükəsizlik tədbirlərinin görülməsi nəticəsində artıq daha təhlükəsizdir.

Amerikan Universiteti. Kabil, Əfqanıstan
Amerikan Universiteti. Kabil, Əfqanıstan

Universitet artıq bir zamandır militanların hədəfində idi. Avqust ayında hücumdan bir neçə gün öncə bir amerikalı və bir avstraliyalı professor universitetə gedərkən yolda silahlı şəxslər tərəfindən oğurlanıb.

Hər iki professor yanvar ayında yayılan video görüntüdə Amerika hökümətindən militantlarla danışıqların aparılıbb, azadlıqlarının təmin edilməsini istəyib. Professorlar hələ ki, azadlığa buraxılmayıb.

Universitet təhlükəsizdir

“2016-ci ilin avqust ayında baş verən terror hücumundan sonra Amerikan Universitetinin qapılarını tələbələrin üzünə bağlaması ilə biz təhlükəsizlik sistemimizi yoxlayıb, tələbələrimizin daha təhlükəzik bir mühitə dönmələrini təmin etmək üçün bəzi tədbirlər görmüşük”, deyə universitetin kommunikasiya direktoru Zübeydə Əkbər Amerikanın Səsinə bildirib.

2006-cı ildə ABŞ-ın Əfqanıstana sabiq səfiri Zalmay Xəlilzadın yardımı ilə təsis olunan universitetdə Amerika sisteminə əsaslanan bakalavr və magistr proqramları yer alır.

Universitetin 1,700 tələbəsi var və o, ölkənin ən yaxşı ali təhsil müəssisələrindən biri hesab edilir. Universitet məzunlarının bəziləri Əfqanıstan höküməti daxilində yüksək vəzifələrdə çalışır.

“Bizim məqsədimiz Əfqanıstana müasir və firavan gələcək bəxş etməkdir. Biz həmçinin Əfqanıstanın gələcək liderilərini yetişdirmək istəyirik”, deyə Əkbər bildirib.

Hücum tələbələri qorxutmayıb

Terror hücumları əfqanları AUAF-da təhsil almaqdan çəkindirməyib.

“Bu semestr 80 yeni tələbəmiz var. Bu, bir il ərzində universitetdə qeydiyyatdan keçən ən yüksək tələbə sayıdır”, deyə Əkbər bildirib.

Militantlar getdikcə daha çox təhsil müəssisələri, gənc mütəxəssislər və Əfqanıstan icmasının təhsilli üzvlərini hədəf alırlar. Ekspertlər militanların gənc nəsli təhsildən məhrum edib, onları dünyanın geridə qalan hissəsindən uzaqlaşdırmaq məqsədilə qəsdən bu müəssisələri hədəf aldığına inanır.

Amerikan Universiteti. Kabil, Əfqanıstan
Amerikan Universiteti. Kabil, Əfqanıstan

“Hücumçular bu mükəmməl təhsil mərkəzini həmişəlik bağlamaq istəyirdi, amma buna nail ola bilmədilər. Ümid edirəm ki, AUAF missiyasını yerinə yetirə biləcək. Bu missiya tələbələrə təhsil verib, onları 21-ci əsr bilikləri ilə təmin etməkdir”, deyə Xəlilzad bildirib.

İlk başda bir çoxları bu hücumu universitetin sonu olaraq görürdü. Lakin universitet administratorları Amerikanın Səsinə bildirib ki, bir çox xarici müəllim işə geri dönüb.

Bəzi valideyinlər övladlarının təhlükəsizliyindən narahatdır.

Fəryal Yaqubi kimi tələbələr üçün isə Amerikan Universiteti daha yaxşı gələcək üçün bir ümid mənbəyidir.

“Valideyinlərim və mən təhsilimi burda başa vurmağımı istəyirik, çünki bura ölkənin ən yaxşı universitetlərindən biridir. Hazırda artıq heç bir təhlükəsizlik problemi yoxdur. Universiet tam fəaliyyət göstərir,” o bildirib.

Biznes tələbəsi Kabir Əli isə Amerikanın Səsinə həyəcanlı olduğunu deyib.

“Mən universitetin yenidən açılmasını səbirsizliklə gözləyirdim. İndi mən özümü artıq daha təhlükəsiz hiss edirəm və AUAF-da alacağım ali təhsilimlə bağlı daha nikbinəm”, Əli deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG