Accessibility links

Amerikana: ABŞ-ın Milli Botanika Bağı [Video]


Vaşinqtonun tam mərkəzində, Kapitoli binasının qarşısında yerləşən ABŞ Botanika Bağını hər il 1.3 milyondan çox insan ziyarət edir. Bu gün Amerikana proqramında siz də bu gözəllikləri ziyarət edənlər arasında olacaqsınız.

Bu il Botanika bağı üçün xüsusi ildir – bağa nəzarət edən Milli Park Xidmətləri 100 yaşını qeyd etdiyi üçün burada xüsusi incəsənət sərgisi təşkil edilib. Sərgidə Amerikada bitki həyatının müxtəlifliyi nümayiş olunur.

Sərgidə ABŞ-ın bütün milli parklarından əsas flora nümunələrini əks etdirən 75-dən çox rəsm əsəri, foto-şəkil və başqa incəsənət nümunələri yer alıb.

"Mən çox istərdim ki, insanlar milli parklarda qorunan müxtəlif növ bitkiləri, gözəllikləri, ABŞ-ın həqiqi florasını daha yaxşı anlasınlar və buna görə minnətdar olsunlar" - deyə ABŞ Botanika Bağından Suzan Pell bildirir.

Qalereyada nümayiş olunan sənət əsərlərinə Vaşinqton ştatındakı San Huan Adası Tarixi parkındakı şokalad zanbağı, Kaliforniyanın Coşua Milli Ağac Parkında aşkar edilən Coşua Ağacları və dünyanın ən hündür ağacları kimi tanınan qırmızı ağaclar daxildir.

Kuratorlar ümid edir ki, "Ruh Səhləb" çiçəklərinin sulu boyalı şəkli ziyarətçilərə bu çiçəklərin yaşadığı bataqlıq şəraitinin hissini verəcək.

Uilliam Maklaflin: "Bu, Floridanın çox kiçik bir hissəsində bitir və başqa yerlərdə həmin an ölür. Ona görədə bunu çox ciddi mühafizə edirlər. Biz onu başqa yerdə bitirməyə çalışdıq, ancaq çox çətindir. Onun necə bitirilməsini hələ də öyrənə bilməmişik. Ona görə də belə bitkilərin milli parklarda qorunması çox vacibdir".

Ziyarətçilər həmçinin botanika bağının oranjereyasına həsr olunan tikanlı armud kaktusu kimi bitkilərlə də tanış ola bilər.

"Onları armud kimi yemək olur. Tikanlı armud kaktusunun çoxu maraqlıdır, çünki armudlar kaktusdan çox tez üzülür və çox tez bölünür və heyvan onu götürərkən kaktusu qaşıyır. Bu zaman isə yerə düşən hissələr yeni bitki kimi bitməyə başlayır. Bu, səhrada öz-özünə bitmə üçün əladır."

Qalereya boyu gəzən ziyarətçilər üçün müxtəlif parkları göstərən döşəmə qrafikləri bu sərgini daha real edib.

Milli Parkların Florası adlanan sərgi ABŞ Milli Park Xidmətinin 100-cü ildönümünə həsr edilib.

"Yüzilliyə həsr olunmuş sərginin məqsədi amerikalıları öz milli parkları ilə tanış etməkdir. 400-dən çox filialımız var. Bizim parklarda olan bitkilərin demək olar hamısı ekosistemin mühüm hissəsidir. Onlar xüsusilə ətraf mühitin sağlamlığı üçün çox vacibdir" - Milli Park Xidmətlərindən Bob Vogel bildirir.

Vogel ümid edir ki, sərgi insanları burada gördükləri bitkiləri öz ətraflarında, xüsusilə milli parklarda tapmağa ilhamlandıracaq. Sərgi 6 ay müddətinə burada mövcud olacaq.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG