Accessibility links

Amerikana: Amerikada qar necə əridilir?


Amerikada artıq istifadəsi kütləvi hal almış bu maşın 100 ton qarı 5-6 saat arasında asanlıqla əridə bilir

ABŞ-da güclü qarın təsirinə məruz qalan şəhərlərdə bələdiyyə idarələri qarı təmizləmək üçün qeyri-adi üsuldan istifadə edir. Qar təmizləyən maşınların fəaliyyət göstərə bilmədiyi yerlərdə qar əridən qurğulardan istifadə edilir.

Əritmə maşınının aşağı hissəsində olan su isidən qurğuya daxil edilən qarşı həmin an əriyərək suya çevrilir.

Amerikada artıq istifadəsi kütləvi hal almış bu maşın 100 ton qarı 5-6 saat arasında asanlıqla əridə bilir.

Qar əridən maşınları əsasən kanalizasiya quyularının yaxınlıqlarında istifadə edirlər. Ona görə də əriyən qar suya çevrilən kimi kanalizasiya boruları ilə birbaşa axıdılır.

Bunun başlıca səbəbi isə əridilən qarın sonradan ətrafa yayılaraq axşam saatlarında temperatur mənfiyə düşən zaman donmasına və yolları sürüşkən etməsinə şərait yaratmamaqdır.

Amerikanın şərq sahillərini təsirinə məruz qoyan Jonas qar tufanından sonra ən azı iki həftə qar əridən maşınlardan istifadə ediləcəyi ehtimal olunur.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG