Accessibility links

Amerikana: Azərbaycanlıların Off-Roading həyəcanı [Video]


Amerikana: Azərbaycanlıların Off-Roading həyəcanı
please wait

No media source currently available

0:00 0:13:48 0:00

Amerikana: Azərbaycanlıların Off-roading həyəcanı

Amerikalıların özləri üçün o qədər də populyar olmayan bu əyləncə növü Vaşinqton yaxınlığında yaşayan azərbaycanlıların marağını cəlb edə bilib

Offroading - Hətta amerikalıların özləri üçün o qədər də populyar olmayan bu əyləncə növü ABŞ paytaxtı Vaşinqton yaxınlığında yaşayan azərbaycanlıların marağını cəlb edə bilib. Necə? Şahin Ələkbərov və onun dostları sayəsində:

“İl yarım öncə avtomobilimi almamışdan əvvəl mən birinci araşdırma aparmağa başladım. Azərbaycanlıların icmasında da belə bir həvəs hamıda var idi. Amma təkan kimi fikirləşdim ki, bəlkə bu təkanı mən özüm edə bilərəm.”

Bu təkan icmada böyük maraqla qarşılanır və beləcə off- roading ənənəsinin əsası qoyulur. Amerikana proqramında biz də bir günlük bu icmanın üzvüyük.

Gün adətən səhər tezdən offroadinqə heç bir aidiyyəti olmayan ənənə ilə başlayır. Xaşlı səhər yeməyindən sonra hamı əyləncəyə hazırdır.

XS
SM
MD
LG